Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • “MÜASİR KİMYANIN PROBLEMLƏRİ VƏ İNKİŞAF TENDENSİYALARI” MÖVZUSUNDA RESPUBLİKA ELMİ-PRAKTİKİ KONFRANS

“MÜASİR KİMYANIN PROBLEMLƏRİ VƏ İNKİŞAF TENDENSİYALARI” MÖVZUSUNDA RESPUBLİKA ELMİ-PRAKTİKİ KONFRANS

Müasir Kimyanın Problemləri və İnkişaf Tendensiyaları.pdf

“MÜASİR KİMYANIN PROBLEMLƏRİ VƏ İNKİŞAF TENDENSİYALARI” mövzusunda Respublika elmi-praktiki konfransı (onlayn)
21 noyabr 2020

Konfransın məqsədi – nanostrukturlu, polimer, üzvi, qeyri-üzvi materialların aşkarlanması və aktual problemlərinin tədqiqi, neft emalı sahəsində əldə edilmiş yeniliklərin müzakirəsi və geniş əhatə dairəli tədqiqatçılar arasında professional əlaqələrin yaranması, təcrübələrin bölüşülməsi.
Konfransda aşağıda göstərilən istiqamətlər üzrə tematik seksiyalarda müzakirələrin aparılması planlaşdırılır:
 nanotexnologiyalar: inkişaf perspektivləri
 neft kimyası: neft emalı sektorunun gələcəyi
 polimer materiallarının mikroelektronika, optika və optoelektronikada istifadəsi; polimerlərin emalı və utilizasiyası
 qeyri-üzvi və üzvi maddə və materialların kimya və texnologiyası.
Konfransda iştirak üçün kimya istiqamətində elmi təqiqatla məşğul olan alimlər, müəllimlər, aspirantlar, magistrlar və digər maraqlanan şəxslər dəvət olunurlar.

Konfrans üçün qəbul olunan məqalələrə tələblər:
1. Konfransın dili: Azərbaycan, rus,ingilis
2. İştirak forması: məruzə, qiyabi iştirak (yalnız tezis çapı ilə)
3. Məqalənin yazılış tələbatı: A4 formatlı kağızda (hər tərəfdən 2,0 sm) Times New Roman şrifti, 14 ölçü (keql), 1,0 interval, 2-4 səhifə həcmində.
4. Məqalənin adı: böyük hərflərlə ortada yazılmalı.
5. Müəllifin adı, atasının adı və soyadı, elmi dərəcəsi (varsa), işlədiyi və ya oxuduğu yer göstərilməli, əlaqə telefonu, emaili qeyd olunmalıdır.
6. Məqalənin mətni: giriş hissə, metodika, alınmış nəticələr və müzakirə, açar sözlər (5-8 –dən artıq olmamaq şərtilə), qrafik təsvirlər, cədvəllər Mikrosoft Word proqramında işlənməli və mətnin arasında verilməli, ədəbiyyat siyahısı 5-12 istinad olmaqla, original dildə verilməlidir.
7. Xülasələr məqalənin dilindən əlavə 2 dildə tərtib olunmalı, məqalənin adı, açar sözləri daxil olmaqla 200-300 simvoldan artıq olmamalıdır.
8. Məqalələr və müəllif haqqında məlumat anketi bu emaildə qəbul olunur: conference_chemistry@wcu.edu.az
9. Məruzə etmək istəyənlər əlavə olaraq, öz məruzəsinin slaydını konfransdan ən azı iki həftə əvvəl təqdim etməli, məruzə -6-10 dəqiqə müddətində nəzərdə tutulmalıdır.
10. Konfrans üçün heç bir ödəniş tələb olunmur, konfransın sonunda məqalələr toplusu və sertifikat veriləcək.
11. Məqalələr və ya konfrans barədə məlumat almaq üçün bu (conference_chemistry@wcu.edu.az; science@wcu.edu.az) ünvanlara və bu (+ 994552835857, +994706809463) nömrələrə zəng edə bilərsiniz.