"Beynəlxalq kristalloqrafiya ili" ilə əlaqədar Respublika elmi konfransı
2014-cü il dekabrın 25-də Qərb Universitetində YUNESKO tərəfindən elan edilmiş "Beynəlxalq kristalloqrafiya ili" ilə əlaqədar "İncəsənət və elm: məqsədlərin vahidliyi və onlarda dünyanın müxtəlifliyinin ifadəsi" adlı Respublika elmi konfransı keçirildi.
Konfrans AMEA-nın müxbir üzvü, Geologiya mineralogiya elmləri doktoru , Boyük Britaniya Kral Akademiyasının fəxri üzvü görkəmli alim, akademik Xudu Məmmədovun xatirəsinə həsr olunmuşdu. Konfransı giriş sözü ilə " Dizayn" kafedrasının müdiri Pərvanə Əliyeva açaraq görkəmli alim Xudu Məmmədovun Azərbaycan elmində qoyduğu irsdən və onun qeyri-adi kəşflərinin Azərbaycan xalça sənətiylə bağlılığından danışdı.
Daha sonra Qərb Universitetinin professoru Səyavuş Dadaşov " Dizayn sənətində simmetriyanın pozulması " adlı elmi araşdırması barədə maraqlı məruzə ilə çıxış etdi.
Növbəti çıxışı AMEA-nın Fizika İnistutunun İnnovasiya bölməsinin aparıcı elmi işçisi fizika üzrə fəlsəfə doktoru, fizik – kristalloqraf İmaməddin Əmiraslanov edərək " Kristalloqraf iya dünən, bu gün və sabah " , " Kristallar , kvazikristallar və türk xalq sənəti " haqqında danışdı.
Azərbaycan Respublikası Nazirlər kabineti yanında Dövlət Tarix – Memarlıq Qoruğu İdarəsinin Elmi Mədəni Mərkəzinin mütəxəssisi Ulduz Zeynalovanın "Bakı xalçasında ornament və rəngin vəhdəti " və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Məhəmmədhüseyn Məmmədovun " Kristal kimi parlaq naxış qədər məzmunlu ömür" adlı məruzələri də konfrans iştirakşılarının marağına səbəb oldu.
Sonda Azərbaycan Memarlıq İnşaat Universitetini təmsil edən, memarlıq namizədi , dosent Təranə Bəkirova "Muğamın vizual ifadəsi" adlı məruzəsi ilə bir çox maraqlı elmə faktlardan söz açdı və eləcə də sənət və elm arasında bağlılığın yaradılmasında Xudu Məmmədovun fəaliyyətini yüksək dəyərləndirdi.


