Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tur Heyerdal və Azərbaycan konfransı

Məşur alim,tətqiqatçı,yazıçı və antrapoloq kimi uzun bir peşə yolu keçmiş Tur Heyerdal iyirminci əsrdə yaşamış bəlkədə ən məşur norveçlidir.Heyerdal bir neçə dəfə Azərbaycana gəlmiş və həyatının son illərini Qafqaz və Skandinaviya arasında qədim əlaqələrə yönəldilmiş layihələr üzərində işə həsr etmişdir.Bu konfrans Heyerdalın ideyalarını müzakirə və bu regionlar arasındakı əlaqələri işıqlandırmaq üçün müxtəlif sahələrdən olan alimləri bir araya gətirir. Bakıda "Tur Heyerdal və Azərbaycan Bakı konfransı,26-29 oktyabr 2011-ci il " tarixində təşkil olunmuş konfrans çərçivəsində görüşlərdən biri 27 oktyabr 2011-ci ildə Tur Heyerdalın ailə üzvləri ilə Qərb Universitetində keçirildi.