Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Türkiyəli professorun mühazirəsi təşkil olunub

Türkiyəli professorun mühazirəsi təşkil olunub

Qərbi Kaspi Universitetinin Yüksək texnologiyalar və İnnovativ Mühəndislik Məktəbində Biologiya ixtisasında təhsil alan tələbələr üçün Türkiyənin Nəcməddin Ərbakan Universitetinin Meram Tibb Fakültəsinin professoru Ercan Kurarın “İrsi xəstəliklərin molekulyar-genetik diaqnostikası” mövzusunda onlayn mühazirəsi keçirilib.
Professor “Tək gen xəstələkləri, “Xromosom xəstəlikləri” “Multifaktoryal xəstəliklər” və onların molekulyar-genetik diaqnozu metodları barədə ətraflı məlumat verib, daha sonra tələbələri maraqlandıran sualları cavablandırıb.