Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Universitetimiz Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyasının təşkil etdiyi vebinarda iştirak edib

Universitetimiz Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyasının təşkil etdiyi vebinarda iştirak edib

Qərbi Kaspi Universitetinin Dağ Mədəniyyətləri və Landşaftları Tədqiqat İnstitutu Avropa Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyası (UIAA) tərəfindən təşkil olunan Yer gününə həsr olunmuş "Biz təbiətik: dağ qadınları dünyanı toplu şəkildə qoruyur" mövzusunda vebinarda iştirak edib.

Tədbirdə davamlı dağ inkişafı və icma turizmi üçün perspektivlər müzakirə olunub, dağ şəraitində yaşayan qadınlar üçün iqtisadi ədalətin gücləndirilməsinə dair tövsiyələr, dağ mühitinin və suyun qorunması ilə bağlı təcrübə və biliklərin bölüşülməsi və iqlim dəyişikliyinin dağ qadınlarına necə təsir etdiyinə, alpinizmin qadınların kollektiv gücünü və kollektiv feminist liderliyini necə gücləndirdiyinə dair bilik və təcrübə mübadiləsi aparıb.