Universitetimizin müəllimi beynəlxalq konfransda çıxış edib
Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Təhsil İdarəçiliyi” adlı Beynəlxalq Konfrans keçirilib.
Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə baş tutan konfransda Azərbaycanın tanınmış elm, təhsil xadimləri ilə yanaşı ABŞ, Pakistan, Finlandiya, Cənubi Koreya, Şimali Kipr, Qırğızıstan və Qazaxıstanın təhsil üzrə mütəxəssisləri də iştirak ediblər. Konfransın plenar və bölmə iclaslarında ümumilikdə 60-dan artıq məruzəçinin çıxışı dinlənilib.
Qərbi Kaspi Universitetinin “Siyasi elmlər” fakültəsinin dekan müavini Tural Vəlizadə konfransda "Təhsildə keyfiyyətin təminatı işində reytinq qiymətləndirməsinin rolu” adlı elmi məruzə ilə çıxış edib.