Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • QKU-da “Təhsil millətin gələcəyidir” mövzusunda Respublika elmi veb-konfransı keçirilib

QKU-da “Təhsil millətin gələcəyidir” mövzusunda Respublika elmi veb-konfransı keçirilib

Qərbi Kaspi Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Təhsil millətin gələcəyidir” mövzusunda Respublika elmi veb-konfransı keçirilib. 
Konfransı açıq elan edən professor, Qərbi Kaspi Universitetinin müəllimi Fikrət Sadıxov dahi liderin müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmlənməsində misilsiz rolundan bəhs edib, dahi siyasətçinin irsinin araşdırılmasında belə konfransların əhəmiyyətini qeyd edib.
Universitetin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov ulu öndərin Azərbaycançılıq məfkurəsinin formalaşmasında, Azərbaycan dövlətinin güclənməsi və beynəlxalq siyasi-iqtisadi proseslərin fəal iştirakçısına çevrilməsindəki xidmətlərindən bəhs edib. H.Bağırov vurğulayıb ki, bu gün ölkəmizdə aparılan islahatlar, dünyada baş verən proseslər həm də universitetlər qarşısında mühüm çağırışlar yaradıb, ali təhsil ocaqları kadr hazırlığını yeni dövrün tələblərinə uyğun aparmalı və ölkənin inkişafına töhfələrini verməlidirlər.
Konfransda ayrı-ayrı təhsil ocaqlarının və elmi tədqiqat müəssisələrinin müəllim və tədiqatçıları iştirak ediblər.
Konfransda dahi siyasətçinin fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən bəhs edən, eləcə də müxtəlif sosial-humanitar sahələri əhatə edən məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.