Veb tədrisin keyfiyyətinin yüksəldilməsi üsulları - VEB-KONFRANS
Dünyada yayılmış və həyati təhlükə yaradan koranovirus pandemiyasının insan fəaliyyətinin bütün sahələrinə, xüsusən də elm-tədris prosesinə etdiyi mənfi təsir göz önündədir. Yaranmış qlobal problemin həlli üçün müxtəlif alternativ yollar işlənir. Tədris prosesinin dayanması və xüsusi karantin tədbirləri təbii ki, təhsilin plan üzrə həyata keçirilməsinə məhdudiyyətlər yaradır. Lakin onlayn tədris və distant təhsil proqramları gənc nəslin təhsildən qalmaması üçün bir fürsətdir.
Respublikamızda bu istiqamətdə yüksək səviyyədə işlər aparılır: Təhsil Nazirliyinin virtual məktəb proqramı, dövlət televiziyasında orta təhsil proqramları üzrə dərslərin keçirilməsi, telemühazirələr və s. Ali təhsil ocaqlarında məcburi olmadığı halda, onlayn dərslərin keçilməsi, oflayn dərs materiallarının tələbələrə çatdırılması, tələbələrə müxtəlifşəkilli üsullarla yardım edilməsi ilə, qlobal problemin tədrisə mənfi təsirini azaltmaq üçün universitetlərin professor-müəllim heyəti dayanmadan çalışır.
Belə bir şəraitdə veb dərslərin keyfiyyəti problemi yaranır. Ölkəmizdə yeni tətbiq olunan veb tədris üsullarının keyfiyyətinin artırılması, əldə olunmuş təcrübələrin, yeni ideya və təkliflərin müzakirə olunması təqdirəlayiq hal kimi qiymətləndirilə bilər. Bu məqsədlə Qərbi Kaspi Universitetində “Veb tədrisin keyfiyyətinin yüksəldilməsi üsulları” adlı veb konfrans keçiriləcək.
Konfransda müxtəlif fənnlərin distant tədrisi üsulları, veb seminarların aparılma texnikaları, laboratoriyalardan virtual istifadə, tələbə-müəllim heyətinin psixoloji vəziyyəti və sağlamlıq göstəriciləri, elektron kitabxananın yaranmış izolyasiya şəraitində rolu və s. barədə məruzələr dinləniləcək.
Konfrans 10 aprel tarixində Skype proqramının köməyi ilə baş tutacaq (wcuonline@outlook.com).
İştirakçılara sertifikat təqdim olunacaq və ən yaşxı məruzələr Qərbi Kaspi Universitetinin “Elmi Xəbərlər” jurnalında çap olunacaq. Konfransda məruzələr azərbaycan, rus, ingilis və türk dillərində olacaq (məruzə müddəti 10-15 dəq).
İştirak etmək istəyənlər 5 aprel tarixinə kimi science@wcu.edu.az ünvanına məruzələrinin adlarını təqdim edə bilərlər.
№ | Məruzəçinin adı, soyadı | Məruzənin adı | kafedra | qeyd |
1 | Pr. Andreas Leitas | Açılış nitqi | rektor |
|
2 | Məmmədova Zemfira |
| I prorektor |
|
3 | Kərəmova Natəvan | Veb konfransların təşkilinin əhəmiyyəti | Elm şöbəsi |
|
4 | Vəlizadə Tural | Tarix fənninin tədrisində distant təhsil texnologiyaları | Beynəlxalq münasibətlər |
|
5 | Əsədova Vəfa | Onlayn təhsilin labüdlüyü | Politologiya |
|
6 | Şirinova Nəcibə | Onlayn dərslər: üstün və çatışmayan cəhətləri | Təbiət elmləri |
|
7 | Məmmədov Ayaz | Genetika fənninin onlayn tədrisi zamanı virtual laboratoriyadan istifadə | Təbiət elmləri |
|
8 | Rüstəmova Dürdanə | Görüntülü və canlı dərslər: onların keyfiyyətli idarə olunması | Təbiətelmləri |
|
9 | Qurbanova Lalə | Bi1ologiya fənninin distant təədrisinin təşkili | Təbiət elmləri |
|
10 | Quliyeva Nailə | Kimya fənninin qeyri-kimya ixtisasları üçün veb tədrisinin metodoloji aspektləri | Təbiət elmləri |
|
11 | Əlizadə Həmid | Onlayn dərslərin inkişaf tarixi və ən çox istifadə olunan tədris proqramları | İqtisadiyyat |
|
12 | Paşayev Nurlan | “Dijital tarix lahiyəsi” əsasında Azərbaycan tarixinin tədrisi perspektivləri | Tarix |
|
13 | Əsədova Mehparə | Elektron kitabxanalar və mövcud vəziyyət | Kitabxana |
|
14 | Əliyeva Tahirə | Tərcümə fənlərində veb tədrisin tətbiqi üsulları | Tərcümə və Filologiya |
|
15 | Abbasova Afərin | Təhsilə yeni baxış: distant təhsil prosesində yələbə-müəllim münasibətlərinin psixoloji problemləri | Psixologiya |
|
16 | Allahverdiyev Paşa | Mühəndislik üzrə onlayn tədris sahəsində xarici ölkə elmi tədqiqat müəssisələrinin təcrübəsi | Texnopark |
|
17. | Aşurlu Yevgeniya | Dizayn ixtisası üzrə mövcud olan praktiki fənlərin distant tədrisinin metodikası | Dizayn kafedrası |
|
18 | Əliyeva Bənövşə | Distant formada imtahanların təşkili: Üstünlüklərvəçatışmamazlıqlar | Distant və Əlavə təhsil şöbəsi |
|
19 | Hacıyeva Elmira | İşgüzar yazışmalar fənninin vebtədris imkanları: müasir praktika və tendensiyalar | Gender mərkəzi |
|
|
|
| ||
20 | Maurus Roller | “Online Teaching: Opportunities and Challenhges” | İngilis dili |
|
21 | Mirələm Ağa Rəsul | “Hüquq psixologiyasinin sistemi” mövzusunun veb tədris prosesi keyfiyyətinin təmin olunmasının nümunəsi kimi | Psixologiya, pedoqogika və hüquq |
|
22 | Nəhmətov Cəmil | Onlayn dərslərin keçirilməsində istifadə olunan kompyuter proqramları və veb platformalar | Elektron Universitet şöbəsi |
|
23 | Hüseynov İlyas | Onlayn təhsil: qlobal ehtiyacların transformasiyası və ya yeni dövrün çağırışları | Politologiya |
|
24 | Sevil Əliyeva, Ross Douglas | Challenges Teaching English as a Language online to a Group | İşçi dillər mərkəzi |
|
25 | Emilia Alaverdova | Gürcustandaonlayndərslərinaparılmatexnikası | Gürcüstan, Tbilisi Texniki Universiteti |
|
26 | Hacıyev Teymur | “Xətti və qeyri-xətti interaktiv üsulun onlayn tədrisdə üstünlüyü” | Təbiət elmləri |
|
27. | Ağayeva Səltənət | Onlayn tədris zamanı elektromaqnit şüalanma mənbələrindən düzgün istifadə qaydaları | ADPU nəzdində Azərbaycan Dövlət Pedoqoji Kolleci, AMEA, Genetik Ehtiyatlar İnstitutu aparıcı elmi işçisi |
|
28 | Alıyev Yusif | Onlayn təhsil: reallıqlar və perspektivlər | Azərbaycan Pedaqoji Universitetinin Quba filialının direktoru |
|
29 | Qəribov Ağalar | Fəlsəfə dərsinin distant təhsil formasında optimal tədrisi ilə bağlı mülahizələr | Psixologiya, pedoqogika və hüquq |
|
30 | Sevin Teoman Duran | Dövlərlərarası universitetlərdə vebinarların təşkili | Türkiyə, Uludağ Universiteti |
|
31 | Əhmədova Esmira | Zoom proqramının tətbiqi ilə onlayn dərslərin təşkil edilməsinə dair |
Qərbi Kaspi Universitetinin “Riyaziyyat və kompüter texnologiyaları“ kafedrası |
|