Qərbi Kaspi Universiteti Boloniya Əməkdaşlıq Forumunda iştirak edəcək
Almaniya Akademik Mübadilə Xidməti (DAAD) və qurumun Bakı Məlumat Mərkəzinin təşkilatçılığı ilə 25-26 sentyabr tarixlərində Bakıda Boloniya Əməkdaşlıq Forumu keçiriləcək.
İki gün davam edəcək tədbir konfrans və Avropa-Azərbaycan şəbəkələşmə görüşündən ibarət olacaq.
Tədbirin məqsədi Azərbaycan və Avropa ali təhsil müəssisələri arasında əməkdaşlığın təşviq edilməsidir.
Qərbi Kaspi Universitetinin nümayəndə heyəti Forumda iştirak edəcək və Avropanın bir sıra ali təhsil müəssisələri ilə görüşlər keçirəcək.
Məlumat üçün bildirək ki, Alman Akademik Mübadilə Xidməti (DAAD) alman dövləti tərəfindən dəstəklənən alman ali məktəblərinin birgə qurumudur. DAAD beynəlxalq əməkdaşlıq sahəsində ən böyük maliyyələşdirici qurumlardan biridir.