Esse müsabiqəsinin qalibləri
İngilis dili və ədəbiyyatı departamentində bu semestrin inşa yazı müsabiqəsinin qalibləri məlum olub. Çərşənbə axşamı keçirilən mərasimdə müsabiqədə iştirak edən şagirdlərə sertifikatlar təqdim olunub.
Aşağıdakı mövzularda 100-ə yaxın esse təqdim edilmişdir:
Geyimlərimiz bizim haqqımızda nə deyir?
Gələcək üçün arzularım nədir?
Xeyriyyəçilik niyə vacibdir?
Musiqinin həyatda əhəmiyyəti.
Müsabiqənin üç qalibi: Məryəm Mirili (299 nömrəli məktəb- birinci yer), Leyli Məmmədova (300 nömrəli məktəb- ikinci yer) və Zeynəb Süleymanlı (217 nömrəli məktəb- üçüncü yer).
İngilis dili və ədəbiyyatı departamentinin növbəti inşa yazı müsabiqəsi gələn il keçiriləcək.