Yeməkxana
Yeməkxanada tələbələrimiz və ziyarətçilərimiz üçün salatbar/lunch və axşam yeməkləri təklif edilir. Menyuda əsas diqqət qidanın keyfiyyətinə yönəldilməklə təzə bişmiş və hazırlanmış geniş çeşidli yeməklər təklif olunur.
Biz "Yaşıl fəlsəfəmizi" ərzaq təchizatında da tətbiq edirik. Qidaların özünə gəldikdə isə tələbələrə və işçi heyətinə təqdim etdiyimiz "yaşıl yeməkxana" ekoloji cəhətdən təmiz şəraitdə yetişdirdiyimiz Tərəvəzçilik və Eksperimental Bağçılıq və Landşaft sahələrindən gətirilən bio-məhsullarla təmin edilir. Biz öz təzə, mövsümi məhsullarımızı tərəvəz bağlarından bilavasitə masaya çatdıraraq, nəqliyyat daşımaları ilə əlaqəli CO2 kirlənməsini azaldırıq. Tələbələr xüsusi endirimli qiymətlərlə üç cür yeməkdən ibarət nahardan zövq ala bilərlər. Biz həmçinin veganlar və vegetarianlar üçün yeməklər təqdim edirik.
Veqan və vegeterianlar üçün heyvan əti olmadan hazırlanmış qidalar təklif olunur.
YEMƏK ZAMANLARI
Səhər yeməyi 08:15 - 11:00 I-V günlər
Nahar 12: 30 - 15: 00 I-V günlər