Qərbi Kaspi Universiteti

Müsabiqələr

Müsabiqələr

“İngilis dilində ən çox kitab oxuyan tələbə” müsabiqəsinin qalibləri məlum oldu 

I yer - Alsu Cavadova

II yer - Cəmilə Fəzliyeva

Xatırladaq ki, Qərbi Kaspi Universitetinin I, II və III kurs tələbələri arasında keçirilən müsabiqədə iştirak edənlər yaradılmış formaya daxil olaraq iştiraklarını rəsmiləşdirirdilər. Müsabiqədə iştirak üçün ingilis dilində 2000-ci ildən sonrakı dövrdə nəşr edilmiş, minimum həcmi 150 səhifədən az olmayan elmi və populyar kitabları oxumaq tələb olunurdu.

Müsabiqənin şərtlərini ödəyən tələbələr ilk mərhələyə buraxılıb. Daha sonra müsabiqə komissiyasının qiymətləndirməsi müsahibə mərhələsi ilə davam edib.

Müsabiqənin qalibləri tutduqları yerlərə müvafiq olaraq növbəti tədris ilində 100% və 80% həcmdə təhsil haqqından azad olunublar.

Qalereya