Fərid İsayev
Böyük məmnuniyyətlə Sizlərə Qərb Universitetinin karyerasında uğur qazanmış daha bir məzununu təqdim edirik: Fərid İsayev.
F.İsayev Qərb Universitetinin Beynəlxalq Hüquq ixtisasını fərqlənmə diplomu ilə bitirib.
Daha sonra isə Böyük Britaniyanın Kingston Universitetində fərqlənmə ilə bakalavr dərəcəsini alıb.
Peşəkar fəaliyyətinə beynəlxalq treyding şirkəti olan Glencore’un London ofisində, neft və qaz treydingi departamentinin müqavilələr üzrə mütəxəssisi vəzifəsində başlamışdır. Daha sonra, Grata hüquq şirkətində Azərbaycan hüququ üzrə təcrübəsini davam etdirmiş. O cümlədən, Bank VTB (Azərbaycan)-da bank əməliyyatları üzrə aparıcı mütəxəssis vəzifəsində çalışmışdır.
2010-cu ildə Fərid İsayev beynəlxalq audit və konsaltinq şirkəti olan PriceWaterhouseCoopers-ə qoşulmuş və hüquq konsaltinqi sahəsində fəaliyyətini davam etdirmişdir.
2013-cü ildən etibarən beynəlxalq audit və konsaltinq şirkəti KPMG-yə qoşulmuş və hal-hazırda KPMG-də hüquq xidmətləri üzrə direktor vəzifəsində işləyir.
Fərid İsayev bir sıra aktual hüquqi mövzularda məqalələrin müəllifidir, o cümlədən korporativ idarəetmə, kibertəhlükəsizlik, FATCA tələblərin Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılması və s.
Hazırda, Fərid İsayev Alman-Azərbaycan Xarici Ticarət Palatasının vitse-prezidenti və Azərbaycanda Amerika Ticarət Palatasının Turizm Komitəsinin sədri vəzifələrini tutur.