Qərbi Kaspi Universiteti

Labaratoriya

Genetika və Molekulyar Biologiya Laboriyası

Qərbi Kaspi Universitetinin Genetika və Molekulyar Biologiya Laboriyasının fəaliyyəti

Qərbi Kaspi Universitetinin Genetika və Molekulyar Biologiya Laboratoriyası müasir elmi tədqiqatların aparılması üçün yaradılmış, molekulyar biologiya və genetika sahəsində ixtisaslaşmış struktur bölmədir. Laboratoriyanın əsas məqsədi elmi-texnoloji innovasiyalar əsasında fundamental və tətbiqi araşdırmalar aparmaq, tələbə və tədqiqatçıları müasir elmi metodlarla təmin etmək və elm-sənaye əməkdaşlığını inkişaf etdirməkdir.

Laboratoriyada genetika və molekulyar biologiya sahəsində aparılan araşdırmalar müasir elmi prioritetlərə uyğun şəkildə təşkil olunur.

Tədqiqatlar üçün laboratoriya aşağıdakı müasir cihaz və avadanlıqlarla təchiz olunub:

  • PCR cihazları – DNT-nin amplifikasiyası və gen ekspressiyası analizləri üçün;
  • Gel elektroforez sistemi – Nuklein turşularının ayrılması və vizualizasiyası;
  • NanoDrop spektrofotometr – DNT, RNT və zülal nümunələrinin miqdarı və keyfiyyətinin təyini üçün;
  • Mikroskoplar (o cümlədən flüoressens) – Hüceyrə və molekulyar struktur vizualizasiyası üçün;
  • Laminar axın şkafları, sentrifuqalar, inkubatorlar və soyuducular – Steril mühitdə işləmək, hüceyrə və mikroorqanizmləri yetişdirmək və nümunələri saxlamaq üçün.

Laboratoriya həmçinin tələbə, magistrant və doktorantların tədris və tədqiqat fəaliyyəti üçün praktiki imkanlar yaradır, elmi seminar və təlimlər təşkil edir, yerli və beynəlxalq elmi layihələrə qoşulur, elmi nəticələrin kommersiyalaşdırılması və yayılması ilə məşğul olur.