Qərbi Kaspi Universiteti

Labaratoriya

Hidrobiologiya laboratoriyası

Qərbi Kaspi Universitetinin Hidrobiologiya laboratoriyasının fəaliyyəti

 

Qərbi Kaspi Universitetinin Hidrobiologiya laboratoriyası su ekosistemlərinin tədqiqinə və biomüxtəlifliyin öyrənilməsinə yönəlmiş ixtisaslaşmış elmi-tədqiqat və tədris bazasıdır. Laboratoriyada daxili və sahil suları ekosistemlərinin fiziki, kimyəvi və bioloji xüsusiyyətləri, su orqanizmlərinin müxtəlifliyi, yayılması və ekoloji vəziyyəti öyrənilir. Əsas tədqiqat istiqamətləri plankton, bentos, nekton orqanizmlərinin bioloji göstəricilərinin təhlili, antropogen təsirlərin ekosistemə təsirinin qiymətləndirilməsi və su ehtiyatlarının biomonitorinqidir.

Laboratoriya müasir cihaz və avadanlıqlarla təchiz olunub: mikroskoplar, su analizatorları, oksigen və pH ölçən cihazlar, plankton torları və nümunə toplayıcı avadanlıqlar bu sahədə dəqiq və keyfiyyətli analizlər aparmağa imkan verir. Tələbələr və tədqiqatçılar laboratoriyada praktik bacarıqlar qazanır, su bioresurslarının mühafizəsi və dayanıqlı istifadəsi ilə bağlı aktual problemlər üzrə elmi araşdırmalar həyata keçirirlər. Hidrobiologiya laboratoriyası həm də ekoloji təlim, seminar və sahə tədqiqatlarının təşkili ilə universitetin tədris və elmi potensialının artırılmasında mühüm rol oynayır.