Nazim Səmədov
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov.
2006-cı ildə Qərb Universitetinin beynəlxalq hüquq üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.
Haqqında:
2004-2006-cı illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin böyük məsləhətçisi və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini vəzifəsində işləmişdir. 2006-2011-ci illərdə yeni yaradılmış Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsi sektorunun müdiri, daha sonra isə şöbə müdiri vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası ilə Litva Respublikası, Bolqarıstan Respublikası, Moldova Respublikası, Rumıniya, Monteneqro və Koreya Respublikası arasında hökumətlərarası komissiyalarının üzvüdür. GUAM ölkələrinin mədəniyyət və turizm üzrə işçi qrupunun koordinatorudur (2013-2015).
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvüdür (2013-2016, 2018-ci ildən indiyədək).
2017-ci ilin yanvar ayından Azərbaycan Respublikası Turizm Şurasının Katibliyinin rəhbəri təyin edilmişdir.
2018-ci ilin fevral ayından Milli Turizm Təbliğat Bürosunun Müşahidə Şurasının sədridir.
2011-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavinidir.