Nəzri Rəhimova
Qərb Universitetinin müəllimlərinə, Qərb Universitetinin yüksək təhsil sistemini tərtib edənlərə borcluyam
Qərb Universitetinin üstünlükləri nədir?- məzun rəyi
Nəzri Rəhimova: Qərb Universitetinin müəllimlərinə, Qərb Universitetinin yüksək təhsil sistemini tərtib edənlərə borcluyam…
Qərb Universitetini seçənlər onun üstünlüklərini təhsil və tədris prosesində görür, izləyir, məzun olanda praktik nəticələrini hiss edir...
Məzun Nəzri Rəhimova cavab verir: (Rəhimova Nəzri 2011-ci ildə Qərb Universitetinin Qərb dilləri fakultəsinin İngilis dili və ədəbiyyatı ixtisası üzrə bakalavr pilləsinin məzunudur, 2015-ci ildə isə Glasgow Universitetinin Beynəlxalq Münasibətlər ixtisası üzrə magistratura pilləsini bitirib.)
Qərb Universitetinin üstünlükləri çoxdur. Universitetdə dərs deyən müəllimlər sayılmış, seçilmiş insanlardır. İşçi heyəti çox səmimi, tələbələrin problemlərini həll etməkdə yardımçı olan anlayışlı kollektivdir. Bu da bir növ Böyük Britaniya universitetlərində "Student Help Desk” deyilən ayrıca departamenti xatırladır. Ən əsas üstünlüyü isə mənim üçün oranın təhsil sistemidir. Təhsil test üsulu ilə deyil, Birləşmiş Krallıqdakı yüksək reytinqli universitetlər kimi yazılı açıq suallar üsulu ilə tətbiq olunur. Ona görə də Qərb Universitetinin ən zəif tələbəsi belə öz fikrini sərbəst ifadə etmək bacarığına malikdir. Qərb Universitetinin potensiallarıdan danışmaqla tükənməz, onlardan biri də tələbələr üçün yaratdığı sosial həyatdır…
Qərb Universitetində mənə elə mükəmməl dərs keçirilib ki, təhsilimi Glasgow kimi top 10-luq universitetdə davam etdirmişəm. Glasgowun çətin imtahanlarında yüksək bal toplamağım üçün İngilis, Amerikan müəllimlərinə borclu deyiləm, Qərb Universitetinin müəllimlərinə, Qərb Universitetinin yüksək təhsil sistemini tərtib edənlərə borcluyam…
Glasgow Universitetində Peter Sturman adlı professor vardı dərs keçdiyi bütün qruplarda bəhs edirmiş ki, bu il dərs dediyim xarici tələbələr içərisində Nəzri Rəhimova adlı Azərbaycanlı bir xanım var, o qədər yüksək bakalavr təhsili alıb ki, dərs boyu ya susdura bilmirəm, ya da akademik yazılarını oxuduqca bitirə bilmirəm. İngilis dilində akademik yazıları o qədər mükəmməl yazır ki, təəccüb edirəm ki, Azərbaycandə 4-5 il ərzində bakalavrda bu qədər yüksək ingilis dili necə tədris olunub. Müəyyən tədbirlərdə yeni insanlarla tanış olarkən, özümü təqdim edəndə, deyirdilər "oo Nəzri?” gərək ki, siz Azərbaycanlısınız, sizin haqqınızda professorlardan çox eşitmişik. Bütün bu nəaliyyətlərim üçün Qərb Universitetinə minnətdaram…