Fizika və Elektronika laboratoriyası
“Fizika və Elektronika” kursunun bütün bölmələrinə aid komplekləşdirilmiş müasir tələblərə cavab verən cihazlarla təmin olunmuşdur. Belə ki, öyrəniləcək hər bir laboratoriya işi aparılacaq laboratoriya işinin məqsədinə uyğun fiziki və elektronik cihazlarla təmin olunmuş və aparılacaq təcrübənin nəticələrinin birbaşa kompüterə çıxışı vardır.
Aparılan tədqiqatın növündən asılı olaraq fiziki kəmiyyətlərin arasındakı asılılıqlar istər cədvəl, istərsə də qrafik şəklində birbaşa sensorda göstərilir. Tələbələrin hesabladıqları nəticələr ədəbiyyatlarda verilən qiymətlərlə müqayisəli şəkildə yoxlanılır. Eyni zamanda bir neçə qrup şəklində bir-birindən asılı olmayaraq başqa laboratoriya işini yerinə yetirə bilir.
Laboratoriya məşğələləri:
- Fiziki ölçmələr, xətalar, növləri, hesablanması.
- İmpulsun saxlanma qanunun öyrənilməsi.
- Maksvell rəqqası vasitəsi ilə enerjinin saxlanması qanunun öyrənilməsi.
- Ağırlıq qüvvəsi təcilin riyazi rəqqasla təyini.
- Kamertonun rəqs tezliyinin təyini.
- Mayelərin səthi gərilmə əmsalının damcı üsulu ilə təyini.
- Bərk cisimlərin istilik keçirmə əmsalının təyini.
- Yüklərin qarşılıqlı təsir qüvvəsinin (Kulon qanunun) təyini.
- Müstəvi kondensatorun elektrik tutumunun təyini.
- Transformatorun transformasiya və faydalı iş əmsalının təyini.
- Öz-özünə induksiya hadisəsinin öyrənilməsi, Lents qaydası.
- Işığın dalğa uzunluğunun difraksiya qəfəsi ilə təyini.
- Fotoeffekt hadisəsinin öyrənilməsi və Plank sabitinin təyini.









