Qərbi Kaspi Universiteti

Laboratoriya

Siyasi Analiz və Diplomatik Simulyasiya Laboratoriyası


Siyasi və İctimai Elmlər Fakültəsi 

Siyasi Analiz və Diplomatik Simulyasiya Laboratoriyası Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər Fakültəsi nəzdində fəaliyyət göstərən, elmi-tədris və praktiki yönümlü laboratoriyadır.

Laboratoriyanın əsas məqsədi tələbələrə siyasi analiz, diplomatik qərarvermə və beynəlxalq münasibətlər sahələrində müasir bilik və bacarıqlar qazandırmaq, nəzəri yanaşmaların real siyasi və diplomatik proseslər üzərindən tətbiqini təmin etməkdir.

Laboratoriya çərçivəsində aşağıdakı fəaliyyət istiqamətləri həyata keçirilir:

  • siyasət təhlili və siyasət icmalı sənədlərinin hazırlanması;
  • diplomatik simulyasiyalar (BMT ssenariləri, beynəlxalq danışıqlar, çoxtərəfli diplomatiya və beynəlxalq təhlükəsizlik məsələləri);
  • rol oyunları, debatlar və ekspert sessiyaları.

Laboratoriyanın fəaliyyəti fakültənin mövcud tədris fənləri ilə inteqrasiya olunur və tələbələrin analitik düşünmə, strateji yanaşma, komanda işi və peşəkar ünsiyyət bacarıqlarının inkişafına xidmət edir.

Bakalavr tələbələri üçün

  • əsas analitik bacarıqların formalaşdırılması;
  • beynəlxalq münasibətlər və diplomatiya üzrə praktiki biliklərin qazanılması;
  • simulyasiya və debatlar vasitəsilə aktiv öyrənmə mühitinin yaradılması.

Magistratura tələbələri üçün

  • dərinləşdirilmiş siyasət təhlili;
  • strateji qərarvermə və proqnozlaşdırma bacarıqlarının inkişafı;
  • akademik və tətbiqi siyasət sənədlərinin hazırlanması üzrə ixtisaslaşmış platforma.

Siyasi Analiz və Diplomatik Simulyasiya Laboratoriyası Qərbi Kaspi Universitetinin tələbələrinin beynəlxalq diplomatik akademik mühitə inteqrasiyasını gücləndirir, diplomatiya, dövlət idarəçiliyi və beynəlxalq təşkilatlar üçün peşəkar kadr hazırlığını dəstəkləyir.

 

E-mail: pads.lab@wcu.edu.az