Qərbi Kaspi Universiteti

Universitet

Tədris İşləri Üzrə Prorektor

Prorektorun hüquq və vəzifələri

Fakültə və kürsülərdə tədris, tədris-metodiki və tərbiyəvi işlərin təşkilinə rəhbərlik edir.

Tədris-köməkçi qurumların (tədris emalatxanaları, tədris təsərrüfatları və s.) işinə rəhbərlik edir.

Tələbələrin tədris və istehsalat təcrübələrinin keçirilməsinə nəzarət edir.

Tədris metodiki konfransların təşkili işinə rəhbərlik edir.

Rektor olmadıqda onun səlahiyyətlərini icra edir.

Auditoriya fondu (tutum göstərilməklə) və onun fakültələr üzrə bölgüsünün həyata keçirilməsinə rəhbərlik edir.

Fakültə və kürsülər üzrə tədris yükünün bölgüsü və onun yerinə yetirilməsi işinin təşkilinə rəhbərlik edir.

Tədris və işçi-tədris planlarının layihələrinin hazırlanması, təsdiqi və fənn proqramlarının hazırlanmasına rəhbərlik edir.

Tyutor xidmətinin təşkili və ona nəzarəti həyata keçirir.

Kürsülərin fənlər üzrə dərslik, dərs vəsaiti və proqramlarla təminatı işinin təşkilinə rəhbərlik edir.

Dərs cədvəllərinin hazırlanmasına və dərslərin gedişinə rəhbərlik edir.

Kredit sistemi ilə tədrisin təşkilinə (dərsə davamiyyət, çoxballı sistemlə qiymətləndirmə və s.) rəhbərlik edir.

Tədrisin təşkili üzrə təlimati sənəd və əmrlərin hazırlanması işinə rəhbərlik edir.

Təhsil haqqında Dövlət nümunəli sənədlərin alınması, saxlanılması, doldurulması və verilməsi işinə rəhbərlik edir.

Yekun Dövlət Attestasiya Komissiyalarının işinin təşkilinə rəhbərlik edir.

Tədris üzrə statistik uçotun aparılmasına rəhbərlik edir.

Təhsilalanlarla bağlı əmrlərin hazırlanmasını təmin edir.

Pedaqoji və tədris-istehsalat təcrübələrinin təşkilinə rəhbərlik edir.

Dekan, kürsü müdiri və professor-müəllim heyəti üzrə vakant olan vəzifələrin tutulması üçün müsabiqələrin təşkilini təmin edir.

  • Tədris-metodik işlər üzrə hesabatların hazırlanmasına rəhbərlik edir.
  • İmtahanların təşkili və keçirilməsinə rəhbərlik edir.
  • İmtahan cədvəllərinin hazırlanması və təsdiqə təqdim edilməsinə rəhbərlik edir.
  • İmtahan nəzarətçilərinin müəyyən edilməsi və onların iştirak cədvəllərinin hazırlanmasını işinə rəhbərlik edir.
  • İmtahan nəticələri ilə əlaqədar tələbələrin apellyasiya ərizələrinin qəbulu, ərizələrə baxılması və nəticələri haqqında tələbələrin məlumatlandırılması işinə rəhbərlik edir.
  • İmtahan sessiyalarının nəticələri ilə bağlı təhlil və hesabatın hazırlanmasına rəhbərlik edir.
  • İcrası məcburi olan əmr, sərəncam və digər yazılı göstərişləri icra edir.
  • Rektor və Elmi Şura qarşısında hesabatlar verir.

Əlaqə:

Ünvan:Azərbaycan, Bakı, İstiqlaliyyət küçəsi, 31

İndeks: AZ1001

Telefon:+994 12 492 74 18

Faks:+994 12 492 67 01

Email: vicerectoracademic@wcu.edu.az