Təqaüddə olan vətəndaşlar üçün ödənişsiz
Fənn: Təqaüddə olan vətəndaşlar üçün ödənişsiz sosial dəstək layihəsi.
Müddət: 2 ay
Zaman aralığı: həftədə 2 dəfə (hər dərs 1,5 saat)
Təşkilatçı: Qərbi Kaspi Universiteti
Sertifikat: Qərbi Kaspi Universitetinin Sertifikatı
Kursun sonunda:
· İştirakçılar gündəlik rəqəmsal bacarıqlara yiyələnir
· Sertifikat təqdim olunur
Bu kurs təqaüdçülərin kompüter, smartfon və internetdən gündəlik həyatda rahat və təhlükəsiz istifadə etməsi üçün nəzərdə tutulan sosial dəstək layihəsidir. Dərslər sadə dildə, praktik nümunələr və addım-addım izahlarla keçirilir.
Kursun məzmunu:
· komputerdən istifadə qaydaları
· E-gov , e-sosial ,asan-login, e-sigorta və s. Gündəlik həyatda istifadəsi vacib olan saytlarla iş
· Onlayn ödəniş ,onlayn növbə və müraciət etmək qaydaları
· Mobil telefonlarda sosial şəbəkələrin istifadəsi
· Telefon funksiyalarının düzgün istifadəsi
· Onlayn təhlükəsizlik
· Mobil bank tətbiqlərinin istifadəsi
Tələb olunan sənədlər
o Şəxsiyyət vəsiqəsinin surəti
o Təqaüdçü statusunu təsdiq edən sənəd .
Aşağıdakılardan biri uyğun sayılır:
DSMF-dən (Dövlət Sosial Müdafiə Fondu) pensiya/təqaüd haqqında arayış
Elektron arayış (e-sosial.az-dan çıxarış)
o Təqaüd proqramına qəbul üçün ərizə