Qərbi Kaspi Universiteti

Universitet

Təsərrüfat və təchizat şöbəsi

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, təhsil qanunvericiliyini, Azərbaycan Respublikasının qüvvədə olan digər normativ- hüquqi aktlarını, Universitetin Nizamnaməsini, Təsisçilər Şurasının, Qəyyumlar Şurasının, Böyük Şuranın qərarlarını, Universitet rektorunun əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.Şöbə bu Əsasnamə ilə müəyyən olunmuş funksiyalarının yerinə yetirilməsi prosesində Universitetin digər struktur bölmələri, dövlət orqanları, hüquqi və fiziki şəxslərlə əlaqəli fəaliyyət göstərir. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- Universitet əməkdaşlarının normal iş şəraiti ilə təmin edilməsi və bu məqsədlə Universitetin texniki bazasının təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsini təmin edir;

- Universitetin bütün təsərrüfat əməliyyatlarının həyata keçirilməsinə nəzarəti təşkil edir;

- Təsərrüfat fəaliyyəti sahəsində inkişafı təmin edir;

-Enerjinin ən çox istifadə edilən yerləri müəyyən edir və həll yollarını axtarır;

- Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Şöbənin əsas vəzifələri: 

- Universitetin təsərrüfat məsələləri ilə əlaqədar digər təşkilatlarla yazışmalarını hazırlamaq və onların göndərilməsini təşkil etmək;

- Universitetin inzibati binasının və digər tikililərinin mühafizəsinin təşkilini, cari və əsaslı təmirinin aparılmasını təmin etmək. 

Əlaqə:

Ünvan:Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A

İndeks:AZ1072

Telefon:+994 12 565 39 77