Rəylər
Paolo Lembo
Birləşmiş Millətlərin Rezident Koordinatoru
Qərb Universiteti – yeni təhsil müəssisəsi və tədqiqat mərkəzi olaraq prototipdir (ilk nümunədir). Universitet harmonik tələbə treyninqini təmin edir, professional biliyə və müasir beynəlxalq menecment təcrübəsinə malikdir, hansı ki, planet vətəndaşlığı məsuliyyətini duyur. Qərb Universitetinin tələbələri gələcək dünyanın liderləridir.
TACIS / Qərb proyektinin direktoru
Mən Qərb Universitetidə Amerikan Fulbright Scholar (görkəmli alim) kimi tədris təcrübəmi şərh etməkdən çox məmnunan. 2003–cü ilin payızında və qışın əvvəlində mən 3 aparıcı beynəlxalq biznes hüququ kurslarında I və IV kurs tələbələri üçün tədris apardım və buna görə özümü çox xoşbəxt hiss edirəm. Təcrübə istənilən tərəfdən çox səmərəli idi. Tələbələr dərsləri yaxşı mənimsəyirdilər və çox həvəsli idilər. Universtetin aparıcı administratorları çox hörmətli Recyot, prorektorlar, dekanlar, Beynəlxalq əlaqələr şöbəsinin nümayəndələri həmişə enerjili, yeni tədris ideyalarını qəbul edən şəxslər idi və mənin ümumi rifahımla şəxsən maraqlanırdılar. Bundan əlavə, mən Qərb Universitetinin Elmi Şurasına öz dərin minnətdarlığımı bildirməsəm, çox ədalətsiz olaram. Buradakı işim həqiqətən də mənim akademik fəaliyyətim üçün olduqca yaxşı təcrübə idi.
Toğrul Köçərli
Xəzər Beynəlxalq İnvestisiya şirkətinin icraçı direktoru
Universitetin məzunları dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da, İngiltərədə, Almaniyada, Türkiyədə, Rusiyada, işləyirlər. Məzunların böyük bir hissəsi isə Azərbaycan Respublikasının dövlət qurumlarında (Xarici İşlər Nazirliyi, Heydər Əliyev Fondu, AR Konstitusia Məhkəməsi), Azərbaycanda fəaliyyət göstərən BP, Baker Tilly, İtochu şirkəti, Priceüaterhouse Coopers, World Bank MANN, AİKON kimi beynəlxalq kompaniyalarda, həmçinin Unibank, ACCESS Bank, AG Bank, Standart Bank, Azərbaycan Mərkəzi Bankı, Beynəlxalq Bank və digər yerli şirkətlərdə yüksək vəzifələrdə çalışırlar.
Tur Heyerdal
Tanınmış Norveçli səyyah, etnoqraf və alim-antropoloq
"Skandinaviya xalqının tarixdən əvvəlki vaxtında Azərbaycan mühüm rol oynamışdır. Qoy milli maraq olan insan gələcəyinin qorunub saxlanması uğur qazansın!"
Prof. Norman Gregory Young
Möhtərəm Professor, Beynəlxalq Biznes və İqtisadi Hüquq
Qərb Universiteti Bakıda Azərbaycanda yeni, qərbi – şərq ibrətamiz sistemin inkişafına əhəmiyyətli töhvə vermişdir. Universitet yüksək tədris metodikasını nəzərdə tutulmuş aktiv xarici müəllimlərin iştirakı ilə və ruh yüksəkliyi olan Azərbaycanlı professorlarla birgə təşkil edir və gərgin mədəni və akademik dioloqlara təşəbbüs göstərir. Yaradılandan sonra Qərb Universiteti Azərbaycanın akademik həyatında dövlət universitetlərinin tamamlanmış dəyərli fəaliyyətində stimullaşmış güc olmuşdur; Azərbaycanın müxtəlif sektorlarda katolitik sütun kimi bir neçə mədəni fəaliyyətlərdə; azad düşünənlər forumunda birləşmiş, Azərbaycanı beynəlxalq mədəni məkana eyni öhdəliklə buraxmışdır. Bu da Azərbaycanı ən yaxşı xairic təcrübəyə cəlb etmişdir. Qərb Universiteti Azərbaycanın gələcəyində stimulverən mədəni müzakirəsinə mühüm funksiyaya xidmət edir, bu ölkənin əsas adət ənənəsində mühüm yer tutan və etik dəyərlərin intişar edilməsində (yayılmasında) ; biz Azərbaycanı 2000 – ci ilə aparacaq sabit ilham mənbəyi olan gənc nəsili bu dəyərləri davam ediləcəyimə ümid edirik.
Prof. Urxan Ələkbərov
Azərbaycan Milli Elmlər Akademiyasının üzvü
Qərb Universitet həqiqətən də mədəni mərkəzlərdən biridir. Burada olanda elə hiss edirsən ki, sanki, qərb universitetindəsən. Tələbələrin yüksək təhsili və mədəni səviyyələri Universitetin keyfiyyətini müəyyən edir. Mən heç vaxt burada olan yüksək əhval–ruhiyyə və öyrənmə üçün stimulu başqa təhsil müəssisəsində görməmişəm.
Ayaz Salayev (Azerbaijan)
Film produssoru və film tənqidçisi
Mən Qərb Universteti haqqında yalnız xoş sözlər deyə bilərəm. Müəllimlər hər bir kursda bizə yüksək səviyyədə təhsil vermiş, öz təcrübələrini bizimlə bölüşmüş və müxtəlif aspektlərdə problemləri təhlil etmək üçün əllərindən gələn köməyi göstərmişlər. Dərs prosesi, müəllimlərin tələbələrə fərdi yanaşması təhsili daha çox demokratik və canlı edir. Zənnimcə, Qərb Universiteti öz müvəffəqiyyətli işini gələcəkdə də davam etdirəcək. Universitetin təhsil proqramında vaxtaşırı yeni kurslar təqdim olunur. Xarici universitetlərlə, onların müəllimləri ilə əməkdaşlıq bu prosesin inkişafına böyük təkandır. Mən tələbələrə Qərb Universitetdə təhsil almağı qəlbən tövsiyə edirəm, ona görə ki, bu universitetin həm daxili, həm xarici imkanları keyfiyyətli təhsil üçün əlverişlidir. Gələcəkdə müvəffəqiyyətli karyeraya sahib olmaq üçün əla təhsil almaq lazımdır. Bu təhsildə Qərb Universitetindədir.
Mahir Əliyev
Qərb Universiteti məzunu, BMTPY (BMT, Cenevrə, İsveçrə) Ekoloji proqramlar üzrə şöbə meneceri.
ABŞ–da 11 illik təhsil kursunun əsasında tələbə mübadiləsi proqramını tamamladıqdan sonra mən Azərbaycana döndüm və arzum təhsilimi ingilis dilində davam etdirmək idi. Bu səbəbdən mən Qərb Universitetini seçdim. Bu, bir təqdirəlayiq haldır ki, qəbul imtahanlarında və smestr imtahanlarda yüksək bal qazanmış tələbələrə təhsilin ödənişində xüsusi güzəştlər var. Tələbələr təhsil haqqını hissə-hissə də ödəyə bilərlər. Bu şans 4 illik təhsilimdə mənim üçün çox həvəsləndirici oldu.