Qərbi Kaspi Universiteti

Haqqımızda

Məqsəd və baxışlarımız

Bizim Baxış

Qərbi Kaspi Universiteti ali təhsil sektorunda 1991-ci ildən fəaliyyət göstərən özəl təhsil müəssisəsidir. Universitetin multikultural kollektivi ömürlük bilik və bacarıqların qazanılmasına uzunmüddətli perspektiv və çoxşaxəli imkanlar yaradır.

Qərbi Kaspi Universiteti:

  • Beynəlxalq partnyorlar ilə müqavilələri artırmağa və təhsil fəaliyyətini genişləndirməyə davam edir
  • Qlobal əməkdaşlıq və beynəlxalq səviyyədə tanınan dünya səviyyəli tədris üçün mükəmməl təhsil mühiti yaratmaqdadır
  • Akademik sahədə dünya trendlərindən geri qalmamaqla mütərəqqi olmağa çalışır

 

Məqsədimiz

Universitetin məqsədi qlobal əməkdaşlıq və beynəlxalq səviyyədə tanınan dünya səviyyəli tədris üçün mükəmməl təhsil mühiti yaratmaq, gələcək karyerasında ardıcıl uğurlar əldə edə biləcək kadrlar hazırlamaqdır. Bu günə kimi Qərbi Kaspi Universiteti bir sıra beynəlxalq proqram və layihələrdə yer almaqla öz akademik fəaliyyətini genişləndirmiş, təhsil dünyasında mövqeyini möhkəmlətmiş və gələcək inkişafı üçün əlverişli şərait yaratmışdır.

Əsas məqsədlərimiz bunlardır:

  • Yüksək təhsil və ən yüksək beynəlxalq səviyyəli elmi tədqiqatlar təqdim etməklə cəmiyyətə müsbət töhfələr vermək;
  • Tələbələri üçün ən yüksək keyfiyyətli tədris və təlim mühiti yaratmaq;
  • Azərbaycanın aparıcı universiteti kimi mövqeyini gücləndirmək və beynəlxalq nüfuzunu artırmaq;
  • Beynəlxalq partnyorlar ilə müqavilələri artırmağı və təhsil fəaliyyətini genişləndirməyi davam etdirmək;
  • Qlobal əməkdaşlıq və beynəlxalq səviyyədə tanınan dünya səviyyəli tədris üçün mükəmməl təhsil mühiti yaratmağa davam etmək;
  • Şəxsi və peşəkar sahədə yüksək standartlara nail olmaq üçün tam təminatlı iş qabiliyyətinə malik məzunlar yetişdirmək;
  • Elmi tədqiqatlara həvəsləndirici və təkanverici qüvvə olmaq;
  • Dünya trendlərindən geri qalmamaqla mütərəqqi olmağa çalışmaq;
  • İndiki dövrdə Respublikanın maraqlarını təmin edə biləcək mütəxəssislər yetişdirməklə Azərbaycanın iqtisadi, sosial və siyasi inkişafına dəstək olmaq.