Qərbi Kaspi Universiteti

Tədqiqatlar

Artıq smartfon vasitəsilə anemiya proqnozu qoymaq mümkündür

ABŞ tədqiqatçılarından ibarət bir qrup, smartfon telefon vasisəsilə şəkillərdən göz qapaqlarının incələnməsi ilə anemiyanı aşkar etmək üçün süni intellekt alqoritmi hazırlayıblar.

Ümumi əhalinin 25%-dən çoxu anemiya və ya aşağı qan hemoglobin problemindən əziyyət çəkir.

Xəstəxananın və ya patoloji laboratoriyının yaxınlığında yerləşən insanlara diaqnoz qoymaq asan olsa da, səhiyyə xidmətinin zəif olduğu yerlərdə anemiya daha çox yayılmışdır.

Amerika Birləşmiş Ştatları Braun Universitetinin tədqiqatçıları, bu problemi smartfon telefon vasitəsilə anemiyanı aşkar edə biləcək bir proqram yaratmaqla həll etdilər.

Anemiya olan insanlar xüsusilə bədənin müəyyən hissələrində müxtəlif dəri rənglərinə malikdirlər.

Professor Dr Selim Suner, PLOS One jurnalında dərc edilən müsahibəsində deyir: "Digərləri anemiya proqnozunun qoyulması üçün ovuc içi, dırnaq yataqları və digər hissələrdəki kıvrımların fotoşəkillərindən istifadə etdilər."

"Lakin, bədənin bu sahələri qan dövranından çox asılıdır, onlar temperatur dəyişikliklərindən təsirlənə və yanlış nəticələr verə bilər".

Tədqiqatçı Suner və həmkarları bunun əvəzinə alt göz qapağının daxili hissəsinə diqqət yetiriblər.

Tədqiqatçılar, bir xəstəxanada hemoglobin səviyyəsinin yüksək olduğu 142 xəstənin göz qapaqlarının foto şəkillərini çəkdilər.

Onlar bu şəkillərdən yaradacaqları programın  anemiya göstərən rəngləri tanınması üçün istifadə etdilər.

Tədqiqatçılar bu aləti 202 yeni xəstə üzərində sınaqdan keçirərək, xəstələrin hemoglobin səviyyələri ilə müqayisə ediblər.

Testin ümumilikdə 72.6% dəqiq olduğu müəyyən olub. Standart bir laboratoriya testindən daha aşağı səviyyədə olsa da, yenə də faydalı bir seçim göstəricisidir.

https://cosmosmagazine.com/technology/ai/ai-can-spot-anaemia-from-photos-of-eyelids/