Qərbi Kaspi Universiteti

Tədqiqatlar

  • Ana səhifə
  • Tədqiqatlar
  • Avtonom nəqliyyat vasitələri başqa nəqliyyat vasitələrini təqlid edərək sürməyi öyrənir

Avtonom nəqliyyat vasitələri başqa nəqliyyat vasitələrini təqlid edərək sürməyi öyrənir

car sale

Özü idarə edilən avtomobillər, təhlükəsiz işləməsi üçün, çoxlu sürücülük məlumatları tələb edən maşın öyrənmə alqoritmləri ilə təchiz edilmişdir. Ancaq özü idarə edilən avtomobillər, körpələrin yeriməyi öyrəndiyi kimi, ətrafdakıları seyr etmək və təqlid etməklə sürməyi öyrənə bilsəydilər, sürücülük məlumatlarına daha az ehtiyac duyardılar. Bu fikir, Boston Universitetinin mühəndisi Eshed Ohn-Bar-ı, yolda digər avtomobilləri seyr edərək, ətraf mühitə necə reaksiya verəcəyini proqnozlaşdırmaqla və bu məlumatlardan istifadə etməklə, avtonom nəqliyyat vasitələrinin təhlükəsiz sürmə texnikasını öyrənmələri üçün tamamilə yeni bir yol inkişaf etdirməyə sövq edib. Tədqiqatçılar, bu yaxınlarda Kompüter Görmə və Nümunə Tanıma Konfransında araşdırmalarını təqdim etdiblər.

Ohn-Bar deyir ki: "Hər bir şirkət eyni avtomobilləri götürmək, onlara sensorlar taxmaq, sürücülərə nəqliyyat vasitələrini idarə etmək üçün pul ödəmək, məlumat toplamaq və maşın sürməyi öyrətməklə eyni prosesdən keçir". Sürücülük məlumatlarının paylaşılması, şirkətlərin təhlükəsiz avtonom nəqliyyat vasitələrini daha sürətli yaratmasına kömək edə bilər və cəmiyyətdəki hər kəsin əməkdaşlıqdan faydalanmasına imkan verə bilir. Ohn-Bar, süni olaraq ağıllı idarəetmə sistemlərinin yaxşı işləməsi üçün lazımi bütün məlumatın tələb edildiyini söyləyir. O eyni zamanda bildirir ki, əskik bir məlumat nümunəsi avtomobilin təhlükəli davranışına və qəzaya səbəb ola bilər."

https://techxplore.com/news/2021-07-autonomous-vehicles-mimicking.html?utm_source=nwletter&utm_medium=email&utm_campaign=daily-nwletter