Qərbi Kaspi Universiteti

Tədqiqatlar

Tədqiqatçılar bədən temperaturunu sərin saxlamağa kömək edən köynək ixtira ediblər

Bədəninizi isti saxlamaq üçün paltar tapmağınız nə qədər asan olsa da, isti  yay günlərində sizi sərin saxlaya biləcək  hər hansısa  geyim tapmağınız bir o qədər çətindir. Hazırda tədqiqatçılar parçadan hazırlanmış, gündəlik görünən, lakin bədəni 5°C-yə qədər sərinləşdirə biləcək köynək ixtira ediblər.  Tədqiqatçılarnbu texnologiyanın dünyanın hər yerində insanlara iqlim dəyişikliyi nəticəsində artan istilərdən qorumağa kömək edə biləcəyini söyləyirlər.

İnsan dərisi, geyindiyimiz bir çox paltardan fərqli olaraq təbii şəkildə infraqırmızı radiasiya şüaları yayır. 2017-ci ildə Stanford Universiteti tədqiqatçıları, insan bədənindən ayrılan infraqırmızı şüaların ötürülməsinə imkan verən və istifadəçinin bədənini təxminən 3°C sərinləşdirən bir parça hazırladılar. Ancaq bu ixtiranın üzərində işləmək üçün parça çox incə olmalı idi.

İndi tədqiqatçılar bu ixtiranı daha da təkmilləşdiriblər və onlar öz ixtira etdikləri bu köynəklərin geyim şirkətlərinin rəflərində də yer almasını istəyirlər. Tədqiqatçı Ma Yaoguang deyir ki:  Biz bu köynəkləri kütləvi şəkildə istehsal edə bilərik və onların dəyəri münasib qiymətə olduğundan insanlar rahatlıqla əldə edə biləcəklər.”

https://www.sciencemag.org/news/2021/07/new-mirror-fabric-can-cool-wearers-nearly-5-c