Qərbi Kaspi Universiteti

Tədqiqatlar

Tullantılardan plastikləri ayıra bilən robot hazırlanır

/ Fizika / Maşın dili /

Sidney Universitetinin mühəndisləri, təkrar emal proseslərini asanlaşdıraraq tullantılar arasındakı yumşaq plastikləri ayıra bilən bir robot hazırlayırlar.

Avstraliyada, 2017-18-ci illərdə yumşaq plastiklərin 94% -i zibil qutusuna atılırdı. Səki kənarı zibil qutularındakı plastikləri, yenidən emal etmək mümkün deyildi, çünki təkrar emal müəssisələrində işləmək çox çətin olurdu.

Mütəxəssislər deyir ki, "Plastikləri kağızdan ayırmaq çox çətindir, çünki onlar maşınlara ilişir və nasazlıqlara səbəb olur."

Vucetic və həmkarları, yumşaq plastikləri və digər tullantıları bir-birindən ayırmaq üçün hazırlanmış bir robot sistemi yaratmaqla bunu vəziyyəti düzəltməyə çalışdılar.

Onlar deyir ki, “Biz burada Mərkəzi Sahildə bir fabriklə işləyərək, 3D kameralar və məlumatların işlənməsi üçün IoT rabitə imkanlarına cavab verən, robotlardan ibarət bir texnologiya hazırladıq. Beləliklə, tullantıların içindən əvvəlcə yumşaq plastikləri ayırmaq mümkün olacaq."

"Daha sonra bu texnologiya, bir çox növ tullantıların təkrar emalının avtomatlaşdırılması üçün də istifadə olunacaq."

IQ Renew’in material bərpa qurğusunu əsas götürərək, CurbCycle sistemi tərəfindən hazırlanan və hal-hazırda işləyən təkrar emal proqramına inteqrasiya ediləcəkdir. Proqram, yumşaq plastiklərini xüsusi etiketli torbalara ayırdıqdan sonra, plastiklər səki kənarı təkrar emal qutularına qoyulacaq. Müəssisədə tullantılar  çantadan çıxarılacaq və çeşidlənməsi üçün robot sisteminə yerləşdiriləcəkdir.

Vucetic, sistemin önümüzdəki bir neçə il ərzində beynəlxalq səviyyədə yayıldığını görəcəyinə ümid etdiyini söyləyib.

"Beləliklə, çalışdığımız bu layihənin tam olaraq bir il içərisində tamamlanacağını düşünürük, sonraki üç il içərisində isə layihənin beynəlxalq səviyyədə yayılacağına ümid edirik."

https://cosmosmagazine.com/earth/sustainability/robot-can-sort-soft-plastics-for-recycling/