Qərbi Kaspi Universiteti

Tədqiqatlar

Qismən görmə əngəlli insanlar üçün yeni texnologiya ixtira edilib

/ Texnologiya / Yenilik /

İspaniyalı cütlüyün iki yaşlı oğlu Biel, yeriməyi öyrəndikdən sonra çox yıxıldığına və pilləkənləri qalxmaqda çətinlik çəkdiyinə görə uşağın valideynləri Jaume Puig və həyat yoldaşı bu problemi həll etmək üçün tibbi bir çıxış yolu axtarıblar.

Bir neçə həkim müayinəsindən sonra körpəyə zəifgörmə diaqnozu qoyulub. Onun vəziyyəti tamamilə görmə əngəlli olmasından daha çox gündəlik vəzifələrini etməsini çətinləşdirən görmə qabiliyyəti zəifliyi idi.

Bu tip zəifgörmə problemini eynək və ya cərrahiyyə müdaxiləsi ilə həll etmək olmur. Böyüdücülər oxumaq, yazmaq kimi xüsusi problemlərin həllinə kömək etsə də, körpənin ətrafda hərəkət etməyisinə kömək edə biləcək bir texnologiya mövcud deyildi.

Buna görə də, 2017-ci ildə, İspaniyalı elektrik mühəndisi və həyat yoldaşı öz uşaqları üçün "Biel Glasses" şirkətini təsis edərək, bu tip tdılar.

Puig, AFP-ni Barselonada keçirilən Ümumdünya mobil rabitə Konqresində (BMC), telekommunikasiya sənayesinin böyük illik tədbirində açıqlayıb ki: "Görmə əngəlli insanlar üçün, sadəcə əl ağacları və rəhbərlik itləri var. Başqa heçnə yoxdur. Biz, bu sahənin yeni bir texnologiyaya ehtiyacı olduğunu gördüyümüz üçün bu işlə məşğul olduq."

Onların ixtira ettiyi yeni texnologiyada eynəklə şüşə arasındaki keçid mətn, qrafika və videoların real şəkillərlə üst-üstə düşməsinə kömək edərək 3D effekti yaradır. O, həmçinin maneələrin aşkarlanması və siqnal vermək üçün də süni intellekt istifadə edir.

Bir neçə digər texnoloji başlanğıcların əsasını qoyan Puig, səs aktivləşdirməsini və Google xəritələri ilə işləyən naviqasiya sistemini də gələcək eynək versiyalarına əlavə edəcəyinə ümid edir.

https://techxplore.com/news/2021-07-spanish-couple-high-tech-specs-son.html?utm_source=nwletter&utm_medium=email&utm_campaign=daily-nwletter