Qərbi Kaspi Universiteti

Müəllimlər

Siyasi və İctimai elmlər Məktəbi

Elxan Rəhimov

Müəllim

Siyasi fikir tarixi,Beynəlxalq münasibətlər nəzəriyyəsi,Beynəlxalq münasibətlər tarixi

+994 12 565 39 77

elxan.ragimov@wcu.edu.az

Elxan Rəhim oğlu Rəhimov 2005-ci ildə Birləşmiş Krallığın London şəhərində yerləşən “HULT” universitetininə daxil olmus. 2009-cu ildə Bakalavr dərəcəsini bitirib, elə həmin universitetin Magistr dərəcəsində təhsil alıb 2010-cu ildə təhsilini bitirmişdir. Daha sonra 2010-cu ildə London şəhərinin “The City Law School, University of London” universitetinin Hüquq fakultəsində 1 il təhsil almışdir. “HULT” universitetində təhsil aldığı müddətin 2008-ci ilində London Universitetlər Birliyinin (ULU) əməkdaşı olaraq işləmiş.2010-cu ildən tərcüməçi və fərdi İngilis dili müəllimi olaraq da çalışmışdır. İngilis dili ilə yanaşı, danışdığı bir neçə digər dilləri ( Azərbaycan, Rus, Türk, Ərəb, Fransız, Bolqar, Alman) yaşadığı ölkələrdə sahiblənmişdir. 2018 – ci ildən Qərbi Kaspi universitetində müəllim vəsifəsində çalışmışdır. Çalışdığı illərdə “Beynəlxalq münasibətlər tarixi”, “Beynəlxalq münasibətlər nəzəriyyəsi”, “Siyasiət nəzəriyyəsi”, “Siyasi tarixi”, “Konfliktologiya”, “Politologiya”, “Müasir təhlükəsizlik”, və s. dərsləri tədris etmişdir. Bir sıra beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Hazırda Qərbi Kaspi universitetinin “Politologiya və beynəlxalq münasibətlər” kafedrasının müəllimi vəzifəsində çalışmaqdadır.