Siyasi və İctimai elmlər Məktəbi

Elnarə Qazı-zadə
Siyasi və ictimai elmlər məktəbinin dekan müavini, dosent
Azərbaycan Respublikasının xarici siyasəti, İnteqrasiya prosesləri və beynəlxalq təşkilatlar, Müasir inteqrasiya prosesləri
+994 12 565 39 77
elnara_qazizade@wcu.edu.az
Qazı-zadə Elnara Adil qızı Azərbaycan Dövlət Universitetinin “Tarix” fakültəsində ali təhsil almışdır. Azərbaycan Dövlət Universitetini Tarix, tarixçi və ictimai fənlər müəllimi ixtisası üzrə bitirmişdir. 1979-cu ildən Azərbaycan Respublikası Nazirlər kabineti yanında Xarici Turizm İdarəsində məsləhətçi, baş məsləhətçi, direktor, şöbə müdiri vəzifələrində çalışmışdır. 2007-ci ildən Qərbi Kaspi Universitetinin “Politologiya və Beynəlxalq münasibətlər” kafedrasının müəllimi,baş müəllim, dosent, kafedra müdirinin müavini, kafedra müdiri, “İngilis və rus dilində tədrisin təşkili” fakültəsinin dekanı” ,Siyasi və İctimai elmlər” məktəbinin dekan müavini vəzifələrində çalışıb. Həmçinin “Politologiya və Beynəlxalq münasibətlər“ kafedrasında dosent vəzifəsində çalışır. Beynəlxalq və Respublika konfranslarında iştirak edib, Scopus indeksli jurnallarda iki məqalənin müəllifidir.
Ali təhsilin bakalavriat səviyyəsi üçün proqramlar hazırlayıb və redaktoru olub: Azərbaycan Respublikasının xarici siyasəti, Beynəlxalq təşkilatlar, Beynəlxalq qeyri-hökumət təşkilatları, Müasir inteqrasiya prosesləri və s.