Qərbi Kaspi Universiteti

Müəllimlər

Siyasi və İctimai elmlər Məktəbi

Elvin Xudaverdiyev

Müəllim

Azərbaycan tarixi, Politologiya, Beynəlxalq münasibətlər, Multikulturalizmə giriş, Sosiologiya

+994 12 565 39 77

elvin.khudaverdiyev@wcu.edu.az

Elvin Elşən oğlu Xudaverdiyev 1999-cu ildə Şəki rayonunda anadan olmuşdur. 2005-2016-cı illərdə tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə Sumqayıt Dövlət Universitetinin “Politologiya” ixtisasında təhsil alıb. “Müasir Dövrdə Opek Dövlətlərinin Neft Siyasəti” adlı buraxılış işini müdafiə edərək universiteti qırmızı diplomla bitirmişdir. 2020-2022-ci illərdə isə Azərbaycan Turizm və Menecment Universitetinin “Beynəlxalq mədəni əlaqələr tarixi və nəzəriyyəsi” ixtisası üzrə magistratura pilləsində təhsil almış, “Müasir dövrdə Azərbaycan Respublikasının Multikulturalizm siyasəti və beynəlxalq arenada milli maraqların reallaşdırılması” adlı dissertasiya işini müdafiə edərək magistratura pilləsini yüksək qiymətlərlə bitirmişdir. 2022-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının A.A. Bakıxanov adına “Tarix və Etnologiya” institutunun “Ümumi tarix” ixtisası üzrə doktorantura pilləsinə daxil olmuşdur. “Müasir dövrdə Qərbi Avropa dövlətlərinin multikulturalizm modelləri: qlobal çağırışlar və perspektivlər (1991-2022)” dissertasiya mövzusu üzərində çalışır. 2023-cü ildən Qərbi Kaspi Universitetinin “Tarix” kafedrasında  müəllim vəzifəsində çalışır. 7 elmi məqalənin müəllifidir. “Azərbaycanın multikulturalizm siyasəti” adlı kitabı nəşr olunmuşdur.