Qərbi Kaspi Universiteti

Müəllimlər

Siyasi və İctimai elmlər Məktəbi

Günel Rəhimli

Tarix üzrə fəlsəfə doktoru

Azərbaycan tarixi, Qafqaz xalqları tarixinin aktual problemləri, Tarix elminin müasir problemləri, Din tarixi

+994 12 565 39 77

gunel.rehimli.t2024@wcu.edu.az

Rəhimli Günel Əşrəf qızı 1988-ci ildə Naxçıvan MR-nın Ordubad rayonu Vənənd kəndində anadan olmuşdur.  2005- ci ildə Bakı şəhərində  261 saylı məktəb liseyi bitirmiş. 2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində bakalavr təhsili almış, 2009-2012-ci illərdə həmin fakültənin “Azərbaycanın qədim və orta əsrlər tarixi”  kafedrasının magistrantı olaraq təhsilini davam etmişdir. 2014-2017-ci ildə BDU-nun Azərbaycan tarixi  kafedrasının doktorantı olaraq  Günel Rəhimli “Səfəvilərin Ərdəbil hakimliyi və Qızılbaş ideologiyası” adlı dissertasiya işini yazmış, 17 mart 2023-cü il tarixində  Prezident yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tarix üzrə fəlsəfə doktoru dərəcəsi almışdır.

Akademik fəaliyyəti dövründə Business English: Networking (University of Washington),   Get Organized: How to be a Together Teacher (RELAY/GSE),  Presentation skills: Designing Presentation Slides (Tomsk State University), Azərbaycanda  Tədqiqat Potensiyalının gücləndirilməsi (ADA Universiteti),   Islamic Art (Aga Han Museum), Microsoft Office Programs (AMEA İnformasiya Texnologiyaları İnstitutu), Academik Writing and Scientific Refeeing (IKSAD,Turkiye), Researcher Connect Online Training Programme (British Council) Gender bərabərliyinin təmin olunması: Qadınlar diqqət mərkəzində Qadınlara qarşı zorakılıq pandemiyası ilə mübarizə (İnsan Hüquqları İnstitutu və BMT-nin Əhali fondu) kimi kurs və təlimlərərin iştirakçısı olmuşdur. Beynəlxalq və yerli konfranslarda məruzə ilə çıxış etmiş, ölkədə və xaricdəki elmi jurnallarda 24 elmi məqalələri dərc edilmişdir.