Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Qorxmaz Mustafayev
Müəllim
İnternet texnologiyaları, Verilənlərin strukturu və alqoritmlər
+994 12 565 39 74
qorxmaz.mustafayev@wcu.edu.az
Mustafayev Qorxmaz Nurəddin oğlu 10 avqust 1991-ci ildə Şəki şəhərində anadan olmuşdur.1997-2008-ci illərdə Şəki şəhəri 17 nömrəli tam orta məktəbdə təhsil almışdır.2008-2013-cü illərdə Qafqaz Universitetinin Mühəndislik fakültəsində Kompüter mühəndisliyi ixtisası üzrə təhsil almışdır.2016-cı ildə Qafqaz Universitetində akademik fəaliyyətə başlamışdır.2017-ci ildən 2019-cu ilə kimi akademik fəaliyyəti Bakı Mühəndislik Universitetində davam etdirmişdir.2020-ci ildən Azərbaycan Dövlət Neft və Sanaye Universitetinin Sabah qruplarında, 2021-ci ildən etibarən isə Qərbi Kaspi Universitetində akadmik fəaliyyətini davam etdirməkdədir.2017-ci ildə Azərbaycan Respublikasının Təhsil İnstitutunun İstedadlı Uşaqlarla İş şöbəsində Respublika Fənn Olimpiadalarının və bir çox respublika səviyyəli yarışların keçirilməsi eləcə də milli komandaların beynəlxalq fənn olimpiadalarına hazırlaşması prosesi ilə məşğuldur.
Akademik fəaliyyətinin istiqamətləri:
- Proqramlaşdırma
- Data struktur və Alqoritmlər