Qərbi Kaspi Universiteti

Müəllimlər

Yüksək Texnologiyalar və Təbiət elmləri Məktəbi

Qoşqar Əliyev

Texnika elmləri üzrə fəlsəfə doktoru, dosent

Dövrələr nəzəriyyəsi Multimedia texnologiyaları, Komputer qrafikası, Şəhər geoqrafik informasiya sistemləri , Sosial sferanın avtomatlaşdırma metodları, Kompüter mühəndisliyinin tarixi və metodologiyası

+994 12 492 74 18

aliyevqoshkar@wcu.edu.az

Akademik fəaliyyətinin istiqamətləri:

  • Komputer mühəndisliyi
  • Riyazi modelləşdirmə

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

1966-cı ildə Azərbaycan Respublikası Şəki şəhərində anadan olub. Orta təhsilinin Şəki şəhər 7№-li orta məktəbdə 1973-1983-cü illərdə təhsil alıb. 1983-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (o vaxt Azərbaycan Neft və Kimya İnstitutu adlanırdı) “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakultəsinin “Tətbiqi riyaziyyat” ixtisasına qəbul olunub. 1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Universiteti qırmızı diplomla bitirib təyinatla Azərbaycan Milli Elmlər Akademiyası Kataliz və Qeyri-üzvi Kimya İnstitutuna göndərilmiş və mühəndis vəzifəsinə işə götürülmüşdür.

1990–1994-cü illərdə institutun qiyabi aspiranturasında təhsil almış, 1995-ci ildə “Mılonaft və sulfanolun nefydaşıyıcı layların məsaməli mühitində izotermik olmayan adsorbsiya proseslərinin modelləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, texnika elmləri namizədi elmi dərəcəsi almışdır.  Müxtəlif illərdə kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi aparıcı elmi işçi vəzifələrində çalışmışdır. Hal-hazırda Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun «Kimya texnoloji proseslərin modelləşdirilməsi» laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışır. Dosentdir.

O, 62 elmi əsərin müəllifidir. Onlardan 35-i məqalə (11-i xaricdə), 27-i tezisdir .

Dəfələrlə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun müsabiqəsində qalib olan qrant layihəsində iştirak edib.

2012-ci ildən Qərbi Kaspi Universitetinin “Komputer texnologiyaları” kafedrasının dosentidir (əvvəlcə əvəzçilik müqaviləsi əsasında, indi saat hesabı ödənişlə). Universitetdə «Multimedia texnologiyaları», «Komputer qrafikası və multimedia»,  «Dövrәlər nәzәriyyәsi», «İxtisas üzrə praktikum», «Problemyönlü proqramlaşdırma», «İnternet texnologiyaları», «Turizmdə informasiya texnologiyaları», «İqtisadi informatika», «Psixologiyada riyazi metodlar», «Politologiyada riyazi statistika» fənnlərini tədris edir. Bir çox fənn proqramlarının müəllifidir.