Qərbi Kaspi Universiteti

Müəllimlər

Siyasi və İctimai elmlər Məktəbi

Səbinə Manafova

Baş müəllim

Politologiya, Avropa ölkələri müasir beynəlxalq münasibətlər sistemində Avropa Ittifaqı xarici siyasəti, Beynəlxalq təşkilatlar, BMT-nin ixtisaslaşmış təşkilatlarının sosial layihələri, Müasir inteqrasiya prosesləri

+994 12 565 39 74

sabina.m@wu.edu.az

Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 2001-cı ildə ABŞ İndiana Universitetində Amerikaşünaslıq üzrə praktika keçib və həmin universitetdə Azərbaycan Respublikasının Tarixi və Siyasəti üzrə təlim keçirildi. 2004 cü ildə Qərb Universiteti və İndiana Universiteti ilə mübadilə proqramı iştirakçısı olub. 2003 cü ildə Beynəlxalq Liderlik proqramının çərçivəsində ABŞ Dövlət departamentində praktika keçmişdir. 2005-2007 ci illər ərzində ABŞ fakültə inkişafı proqramı iştirakçısı olub. Azərbaycan Futuroloqlar və Amerika tarixçilərinin təşkilatların  üzvüdür. 2016 cı-ilin fevral ayında gender problemlərinin həlli və sosial siyasətin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Tərəqqi medalı ilə təltif olunmuşdur.2017-2019 cu illərdə Avropa Şurasının Gender bərabərliyi komitəsində və İslam Əməkdaşlıq Təşkilatının sosial məsələləri üzrə Azərbaycan Respublikasını təmsil etmişdir.Bir sıra beynəlxalq qlobal forumlarının iştirakçısı olub.

2021-ci ildə Birləşmiş Millətlər Təşkilatının “İnsan Hüquqları Məsuliyyətləri” kursu, 1-17 iyun 2021-ci ildə İsraildə MASHAV-ın təşkil etdiyi “Böhran dövrlərində gender əsaslı zorakılıqla mübarizə” kursu keçmişdir. 2021-ci ildə Rusiya Elmlər Akademiyasının Federal Nəzəri və Tətbiqi Sosiologiya Mərkəzinin Demoqrafik Tədqiqatlar İnstitutu (İDR RAS), Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbi, Moskva Dövlət İqtisadiyyat İnstitutu və Lomonosov adına Moskva Dövlət Universiteti ilə birgə təşkil olunan “MDB ölkələrinin demoqrafik inkişafı” kursu bitirib. 2022-ci ildə “Təlimçilik məktəbi” TOT Peşəkar Təlimçi Hazırlıq proqramında və “Genderyönümlü pedaqogika” təlim proqramında iştirak etmişdir.