Yüksək Texnologiyalar və Təbiət elmləri Məktəbi
Sənan Həbibov
Fizika riyaziyyat elmləri namizədi
Xətti cəbr və riyazi analiz, Ali riyaziyyat
+994 12 565 39 74
sanan.habibov@wcu.edu.az
Akademik fəaliyyətinin istiqamətləri:
- Səma mexanikası
Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:
Həbibov Sənan Əmirsoltan oğlu 1951 – ci il mayın 1 – də Quba rayonu Talabı kəndində anadan olmuşdur. 1958- 1968 – ci illərdə orta məktəbdə təhsil almışdır.
1968 - ci ildə Azərbaycan Dövlət Universitetinin “Mexanika və riyaziyyat” fakultəsinin I kursuna daxil olmuşdur. 1973 – cü ildə həmin universiteti “Mexanik” ixtisası üzrə bitirib. 1973 – cü il 1 avqust tarixindən təyinat üzrə Azərbaycan Respublikasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında elmi işçi kimi fəaliyyət göstərmişdir. 2007 – ci ilə kimi həmin rəsədxanada işləyib.
1987 – ci ildə Moskva şəhəri P.Lumumba adına Xalqlar Dostluğu Universitetində dissertasiya müdafiə edərək fizika riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.
2013 – cü ildən indiyə kimi, hal-hazırda Qərbi Kaspi Universitetində müəllim kimi fəaliyyət göstərir.
Xarici jurnallarda çap olunmuş 10-dan çox məqalənin müəllifidir.