Western Caspian University

Teachers

School of Advanced Technologies and Natural Sciences

Sanan Habibov

PhD in Mathematics

Linear algebra and mathematical analysis Higher mathematics

+994 12 565 39 74

sanan.habibov@wcu.edu.az

Akademik fəaliyyətinin istiqamətləri:

  • Səma mexanikası

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

            Həbibov Sənan Əmirsoltan oğlu 1951 – ci il mayın 1 – də Quba rayonu Talabı kəndində anadan olmuşdur. 1958- 1968 – ci illərdə orta məktəbdə təhsil almışdır.

1968 - ci ildə  Azərbaycan Dövlət Universitetinin “Mexanika və riyaziyyat” fakultəsinin I kursuna daxil olmuşdur. 1973 – cü ildə həmin universiteti “Mexanik” ixtisası üzrə bitirib. 1973 – cü il 1 avqust tarixindən təyinat üzrə Azərbaycan Respublikasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında elmi işçi kimi fəaliyyət göstərmişdir. 2007 – ci ilə kimi həmin rəsədxanada işləyib.

            1987 – ci ildə Moskva şəhəri P.Lumumba adına Xalqlar Dostluğu Universitetində dissertasiya müdafiə edərək fizika riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.

            2013 – cü ildən indiyə kimi, hal-hazırda Qərbi Kaspi Universitetində müəllim kimi fəaliyyət göstərir.

Xarici jurnallarda çap olunmuş 10-dan çox məqalənin müəllifidir.