Filologiya və Tərcümə Məktəbi

Səidə Əhmədova
Baş Müəllim
Ümumi Dilçilik, Dilçiliyə giriş, Öyrənilən əsas dil, Tərcüməçinin yazı vərdişləri, Tərcüməçinin oxu vərdişləri, Frazeologizmlərin tərcüməsi
+994 12 492 74 18
ahmadova.saida@wcu.edu.az
Səidə Səxavət qızı Əhmədova 06.06. 1982-ci ildə Neftçala rayonunda anadan olmuşdur. 1988-1999-ci illərdə 1 №-li orta məktəbdə təhsil almışdır. 2000-ci ildə Azərbaycan Dillər Universitetinə daxil olmuşdur və 2004-cü ildə bakalavr, 2006-cı ildə isə magistr dərəcəsini almışdır. 2006-cı ildə Azərbaycan Dillər Universitetində Dil tarixi kafedrasında müəllim vəzifəsində çalışmışdır. 2014-1016-cı illərdə Moskva Dövlət Universitetinin Baki filialında ingilis dili müəllimi vəzifəsində çalışmışdır.
2006-cı ildən bu günə qədər Qərbi Kaspi Universitetinin İngilis filologiya və tərcümə məktəbi kafedrasında baş müəllim vəzifəsində çalışır.
2 məqalənin müəllifidir: “Some Theoretical Backgrounds for the Distinction of Taxonomic and Chomskian Linguistics” (“Dil və ədəbiyyat”, №3. Bakı, 2011), “Scrambling across Languages” (“Elmi xəbərlər”, Bakı, 2014).
Elmi metodiki iş: Ümumi dilçilik proqramı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfindən 22.02.2024-cü il tarixli, №3-29/32-697/2024 əmri ilə təsdiq edilmişdir.