Biznes və idarəetmə Məktəbi

Sevda Məmmədova
iqtisad üzrə fəlsəfə doktoru
+994 12 565 39 77
sevda.memmedova.2024@wcu.edu.az
Sevda Binyət qızı Məmmədova 14 oktyabr 1977-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilini 1994-1998-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin “Tikinti – iqtisad” fakültəsində “İqtisadiyyatın idarə edilməsi” ixtisası üzrə bakalavr təhsili almış və fərqlənmə diploma ilə bitirmişdir. 1998-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində “Tikinti – iqtisad” fakültəsinin magistratura pilləsində təhsil almış və təhsilini fərqlənmə diploma ilə bitirmişdir.
İqtisad üzrə fəlsəfə doktorudur, 110 elmi məqalə, 5 dərs vəsaiti, 26 tədris proqramı, 5 metodik vəsaitin müəllifidir.
Hazırda Qərbi Kaspi Universitetinin “Turizm və sahə iqtisadiyyatı” kafedrasında əvəzçi müəllim kimi fəaliyyət göstərir.