Biznes və idarəetmə Məktəbi

Səxavət Mirzəyev
Müəllim
+994 12 565 39 77
mirzeyev.s@gmail.com
Mirzəyev Səxavət Əhliman oğlu 4 aprel 1987-ci ildə Kəlbəcər rayon Başlıbel kəndində doğulub. 1993-cü ildə ailəsi ilə birgə İsmayıllı rayonu Qoşakənd kəndində məskunlaşmış, 2004-cü ildə Qoşakənd kənd orta məktəbini bitirərək, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakultəsinə qəbul olmuşdur. 2008-ci ildə bakalavr, 2011-ci ildə magtratura pilləsini Bakı Dövlət Universitetində bitirərək, eyni zamanda Azərbaycan Neft və Sənaye Universitetinin də Elektroenergetika fakultəsinin də məzunu olmuşdur. Əmək fəaliyyətinə 2009-cu ildən "Azərenerji" ASC-nin, "Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu" MMC-də başlayaraq, aparıcı mühəndis, şöbə rəisinin müavini, şöbə rəisi, baş mütəxəssis kimi vəzifələrdə çalışmışdır və hal-hazırda da əmək fəaliyyətini davam etdirir.
Eyni zamanda əmək fəaliyyəti ilə yanaşı həm elmi-tədqiqat işləri, həm də pedoqoji fəaliyyətlə də məşğul olan, Səxavət Mirzəyev 2015-ci ildən Respublikamızın bir çox Universitetlərində müəllim və Baş müəllim kimi də çalışmışdır. Hal-hazırda da Qərbi Kaspi Universiteyinin "Marketinq və idarəetmə" kafedrasında müəllim kimi çalışır. Bir çox beynəlxalq və yerli konfranslarda məruzə ilə çıxış etmişdir. Hal-hazırda da doktorantura təhsilini davam etdirir, 3 tezis, 8 məqalənin müəllifidir.