Western Caspian University

Teachers

School of Advanced Technologies and Natural Sciences

Ilham Salimov

PhD in Physical and Mathematical Sciences

Physics, Biophysics

+994 12 565 39 74

selimovilham@wcu.edu.az

Akademik fəaliyyətinin istiqamətləri: 
-    Fizika, fiziki elektronika
-    Elmi dərəcəsi: Fizika və riyaziyyat elmləri üzrə fəlsəfə doktoru
Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:
Səlimov İlham Nəsir oğlu 1956-cı il noyabrın 10-da Gürcüstan SSRİ Saqareco rayon Yor – Muğanlı kəndində anadan olmuş, 1963-1973 – cü illərdə orta məktəb oxumuş və həmin ildə  GDU-nin fizika fakültəsinə daxil olmuşdur.    
1977-ci ildə institutu bitirib təyinatla 1983-cü ilə qədər orta məktəbdə fizika müəllimi işləmişdir. 1983-cü ildə AzTU-nun “Yarımkeçiricilər və dielektriklər” kafedrasında baş laborant vəzifəsinə qəbul olmuş, 1987-ci ildə həmin universitetdə “Yarımkeçiricilər və dielektriklər” ixtisası üzrə  əyani aspiranturaya daxil olmuş, 1990-cı ildə isə bitirmiş və 1996-cı ildə AMEA-nın Fotoelktronika İnstitutunda “İndium antimonidində elektron köçürmə hadisələrinə samarium və disprozium təsiri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, fizika –riyaziyyat elmləri namizədi alimlik dərəcəsi adını almışdır. 
2008-ci ilin yanvar ayından AMİ-nin Mingəçevir filialının “Təbiət və fundamental elmlər” kafedrasında baş müəllim vəzifəsinə qəbul olmuşdur. Daha sonra 2009-cu ildən “Təbiət fənləri” kafedrasının  müdiri, 17.07.2012-ci ildən 25.08.2015-ci ilədək filialda tədris işləri üzrə direktor müavini vəzifəsini icra etmişdir.  Daha sonra Mingəçevir Dövlət Universitetində  “Riyaziyyat və informatika” kafedrasının müdiri olmuş və kafedranın dosenti kimi elmi-pedaqoji  fəaliyyətini davam etdirmişdir. 2019-cu ilin sentyabrından isə Qərbi Kaspi Universitetinin “Təbiət elmləri” kafedrasında müəllimi, 2020-ci ildən 2022-ci ilin iyuluna qədər “Riyaziyyat və fizika” kafedrasının müdiri vəzifəsində  çalışmışdır. Hal-hazırda “Mexanika və riyaziyyat” kafedrasının müəllimidir.    44 elmi məqalə, 2 dərs vəsaitinin və 2 metodik vəsaitin müəllifidir.