School of Economics and Business
Leyla Atakisiyeva
Lecturer
Azerbaijan economy, Environmental economics, Organizational behavior and management psychology, International marketing, Electronic marketing strategi
+994 12 565 39 77
leyla.atakishiyeva@wcu.edu.az
Atakişiyeva Leyla Şükür qızı 13 aprel 1988-ci il Bakı şəhərində anadan olmuşdur. 1995-2006-cı illər S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada orta təhsil almışdır. 2006-2010-cu illər Azərbaycan Turizm və Menecment Universitetinin Marketinq ixtisası üzrə bakalavr təhsili almışdır. 2010-2012-ci illər isə burada Marketinq ixtisası üzrə magistr təhsilini davam etdirmişdir (Elmi işin adı: “Azərbaycanda turizm marketinqinin təşkili və ölkənin turizm imkanlarının tanıdılması modeli”). 2013-hal hazıra qədər Azərbaycan Turizm və Menecment Universitetinin 5311.01 - Müəssisənin təşkili və idarə olunması ixtisası üzrə dissertantıdır (Elmi işin adı: “Turizm müəssisələrinin inkişafında marketinq imkanlarından istifadə istiqamətləri”). 2012-2020-ci illərdə ATMU-nun “Marketinq”, 2021-2022 ci illərdə isə Azərbaycan Universiteti “Maliyyə və iqtisadiyyat“və Xəzər Universiteti “İqtisadiyyat və menecment” kafedrasında müəllim vəzəfəsində çalışmışdır.
Hal hazırda Xəzər Universiteti “İqtisadiyyat və menecment” kafedrası və Qərbi Kaspi Universitetinin “Ümumi iqtisadiyyat” kafedrasında müəllim vəzəfəsində çalışır
Əsas elmi nəşrlər:
Sıra nömrəsi | İşin tam adı | İşin növü (elmi və tədris-metodiki işlər) | İşin çap və ya dərc olunduğu nəşrin adı, yeri | Elmi nəşrin nömrəsi |
Öz turistini tanı sistemi” üzrə araşdırma və təhlil metodları. Öz turistini tanımaq üçün marketinq prinsipləri | Konfrans materialı | ATİ, Bakı 2013 | Ümummilli lider H.Ə.Əliyevin anadan olmasının 90-cı il dönümünə həsr olunmuş gənc tədqiqatçıların IV Respublika Elmi Praktik Konfransı | |
“Xidmətlərin marketinqi” fənni üzrə proqram | Proqram | ATMU, Bakı 2016 | ATMU-nun Elmi Şurasının 16.05.16-cı il tarixli iclasının 6 saylı protokolu ilə təsdiq edilmişdir. | |
Azərbaycanda turizm marketinqinin və ölkəmizin turizm imkanlarının tanıdıl-masının mövcud problemləri | Konfrans materialı | ATMU, Bakı 2018 | Müasir dövrdə effektiv idarəetmə-nin problemləri» Respublika Elmi Praktik Konfransı | |
Dövlətin turizm marketinq startegiyası | Elmi məqalə | ADİU, Bakı 2019 | ADİU-nun Elmi Xəbərləri, UNEC İl 7, Cild 7, | |
Turizm biznesinin fəaliyyət prinsipləri | Tezis | AzRTN, Bakı 2019 | Nəsiminin 650 illik yubileyinə həsr edilmiş Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransı | |
Turizm xidməti bazarının determinantları | Konfrans materialı | ETSİM, 2019 | “İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans | |
The role of the government in the development of national tourism industry | Konfrans materialı | ARTİFEX University of Bucharest, Romanian 2019 | İnternational sympozium, Experience. Knowledge. Contemporary Challenges 5th, Innovativ economic social Approaches in the Knowladge Society | |
Поведенческие характе-ристики потребителей туристического продукта | Konfrans materialı | Veliko Tarnov,Bulgaria, 2020 | İnternational scientific student and doctoral conference "Sustainable tourism - perspectives and challenges" | |
Azərbaycanda turizm təhsil müəssisələrinin təkmilləşdirilməsi | Konfrans materialı | ATMU, Bakı 2020 | “XXI əsrdə beynəlxalq iqtisadi münasibət-lərin prioritet istiqamətləri” mövzusunda Online Beynəlxalq elmi-praktiki konfrans | |
“İctimaiyyətlə əlaqələr” fənni üzrə proqram | Proqram | ATMU, Bakı 2020 | ATMU-nun Elmi Şurasının 16.10.20-cı il tarixli iclasının qərarı ilə (pr.01) nəşr olunur. | |
“İstehsal sahələrinin marketinqi” fənni üzrə proqram | Proqram | ATMU, Bakı 2020 | ATMU-nun Elmi Şurasının 16.10.20-cı il tarixli iclasının qərarı ilə (pr.01) nəşr olunur. | |
“İşgüzar kommunikasiya və səmərəli satış texnologiyası” fənni üzrə proqram | Proqram (Magistr pilləsi üçün) | ATMU, Bakı 2020 | ATMU-nun Elmi Şurasının 16.10.20-cı il tarixli iclasının qərarı ilə (pr.01) nəşr olunur. | |
“İctimaiyyətlə əlaqələr və imic menecmenti” fənni üzrə proqram | Proqram (Magistr pilləsi üçün) | ATMU, Bakı 2020 | ATMU-nun Elmi Şurasının 16.10.20-cı il tarixli iclasının qərarı ilə (pr.01) nəşr olunur. | |
Проблемы и принципы туристической маркетинговой деятельности в Aзербайджан | Konfrans materialı | 10-11 dekabr, 2020 Ukrayn | N.E. Zhukovski Milli Aerokosmik Universiteti "Xarkov Milli İnstitutu" (Maliyyə, Mühasibat və Vergi şöbəsi)və ATMU – nun “Marketinq” kafedrası | |
Azərbaycanda turizm marketinq fəaliyyətinin problemləri və xüsusiyyətləri | Məqalə | Il 9, say 2-3, 2020 | Turizm və Qonaqpərvərlik tədqiqatları, beynəlxalq jurnal, Bakı, Azərbaycan | |
Behavioral characteristics of consumers of tourism produts | Məqalə | (1(37). 09.03.2022 | İnternational Journal of İnnovative Technologies in Economy |