Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ! Qərbi Kaspi Universitetində Abituriyent Məsləhət Mərkəzi fəaliyyətini davam etdirir

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ! Qərbi Kaspi Universitetində Abituriyent Məsləhət Mərkəzi fəaliyyətini davam etdirir

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ! Qərbi Kaspi Universitetində Abituriyent Məsləhət Mərkəzi fəaliyyətini davam etdirir

Qərbi Kaspi Universiteti Abituriyent Məsləhət Mərkəzi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə Dövlət İmtahan Mərkəzi ilə əldə edilmiş razılığa əsasən yaradılıb.
Məsləhət mərkəzində xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, "Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında köməklik göstərirlər.
Abituriyentlər onları maraqlandıran bütün suallarla bağlı "Abituriyent Məsləhət Mərkəzi"nə müraciət edə bilərlər.
Mərkəz ödənişsiz əsaslarla fəaliyyət göstərir.
Mərkəz aşağıda qeyd olunan ünvanda həftənin iş günləri saat 10.00-dan 18.00-dək işləyir.
Bakı, İstiqlaliyyət küçəsi, 31, Telefon:+994 12 492 74 18
Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 21, Telefon:+994 12 565 39 77
Bakı, Cəfər Xəndan, 15 b, Telefon: :+994 12 5655526