Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • “Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi” mövzusunda Respublika Konfransı

“Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi” mövzusunda Respublika Konfransı

Qərbi Kaspi Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi” mövzusunda multidissiplinar Respublika elmi-praktik konfransı keçirilib.

Konfransı plenar iclasını giriş sözü ilə açan Qərbi Kaspi Universiteti Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov ulu öndər Heydər Əliyevin elm, təhsil sahəsində misilsiz, titanik fəaliyyətindən bəhs etdi, bu gün bütün sahələrəd olduğu kimi təhsil sektorunda da qlobal terndlər qarşısında yeni çağırışların yarandığını qeyd etdi. 
Daha sonra millət vəkili, Qərbi Kaspi Universitetinin dosenti Aydın Mirzəzadə, professor Fikrət Sadıxov, Nurlan Nəsirov və digər natiqlər ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən maraqlı tarixi məqamları konfrans iştirakçılarının diqqətinə çatdırdılar.
Ümumilikdə konfransda 6 elmi bölmədə müxtəlif elm sahələrini əhatə edən 120-dən çox elmi məruzə dinlənildi. Hər bölmənin yekununda elmi diskussiyalar təşkil olundu, suallar cavablandırıldı.