Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

İngilisşünaslıq və Amerikaşünaslıq üzrə I Respublika konfransı

Qərbi Kaspi Universitetinin İngilis dili və ədəbiyyat kafedrası Universitetlərin tədqiqatçılarını və müəllimləri I Respublika İngilisşünaslıq və Amerikaşünaslıq konfransına dəvət edir.

Bu konfrans Azərbaycanda İngilisşünaslıq və Amerikaşünaslığın tədqiqatları sahəsinin perspektivlərinə və gələcək inkişafına həsr edilmişdir. Buna görə də biz gənc tədqiqatçılardan və müəllimlərdən (PhD namizədləri də daxil olmaqla) məqalələrini göndərmələrini xahiş edirik.

Konfransda Magistr tələbələri də çıxış edə bilər (ən yaxşı məqalə həm təqdimat, həm də çap olunacaq nəşr üçün seçiləcək).

Konfransın məqsədi Azərbaycanın müxtəlif universitetlərindən olan İngilis dili və Amerikaşünaslıq üzrə tədqiqatçıları, ekspertləri və müəllimləri bir araya gətirmək, mövcud vəziyyət və problemlər, eləcə də perspektivlər və ölkədə İngilis və Amerikanşünaslığın gələcək inkişafı barədə fikir mübadiləsi üçün bir platforma təmin etməkdir.

Konfrans bu sahənin əsaslarını (Anqlofon ölkələrinin ədəbiyyatı və Mədəniyyətşünaslıq, Dilçilik, Tərcümə, Tədris Metodologiyası və Xarici dil tədrisi) əhatə edəcək və müxtəlif müəllimlər və tədqiqatçılar arasında davam edən və zənginləşən əlaqələrin, əməkdaşlığın başlanğıc nöqtəsi ola bilər.

Digər detallar üçün buraya klikləyin.

Konfransın tarixi: Cümə, 15 May 2020, 10:30-16:30

Konfransın keçiriləcəyi yer: AZ1001 Bakı, İstiqlaliyyət 31

Sənədlərin təqdim edilməsi: Konfrans sənədlərini, məqalələri Word faylında conf.ell@wcu.edu.az elektron poçtuna göndərmək tələb olunur.