Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Genetik xəstəliklərlə bağlı açıq dərs təşkil edilib

Genetik xəstəliklərlə bağlı açıq dərs təşkil edilib

Qərbi Kaspi Universitetinin Təbiət Elmləri Kafedrası Təbiət elmləri və Ekologiya və ətraf mühit kafedralarının müəllimlərinin də iştirakı ilə genetik xəstəliklər, onların diaqnostikası və terapiyası mövzusunda açıq dərs təşkil edib. Biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov bu sahə ilə bağlı dünya elminin son dövrlərdə əldə etdiyi nailiyyətlərlə bağlı məlumat verdi.

Daha sonra tələbələr Sara Quliyeva və Sevinc Süleymanlı “Genetik xəstəliklər” mövzusunda hazırladıqları tədqimatda bir sıra genetik xəstəliklər, onların xüsusiyyətləri və baş vermə səbəbləri haqqında məruzə etdilər.