“Aqrar təsərrüfatların inkişafının yeni istiqamətləri və ətraf mühitin mühafizəsi” mövzusunda elmi konfrans
Konfrans Ekologiya I hissə.pdf
Konfrans Ekologiya II hissə.pdf
Konfrans Ekologiya III hissə.pdf
“Aqrar təsərrüfatların inkişafının yeni istiqamətləri və ətraf mühitin mühafizəsi” mövzusunda Qərbi Kaspi Universitetinin Respublika elmi konfransın təşkilat komitəsi Sizi konfransda iştirak etməyə dəvət edir.
Konfrans 15 dekabr 2020-ci il tarixdə Qərbi Kaspi Universitetində keçiriləcək
Konfransda beynəlxalq və milli mütəxəsisslər, elmi-pedaqoji işçilər,doktorantlar, dissertantlar, magistrlar, tələbələr, ekologiya üzrə regional təşkilat rəhbərləri və mütəxəssislər, eləcə də müzakirə olunan məsələlərlə maraqlanan bütün şəxslər iştirak edə bilərlər.
Yaşadığımız dövr elmi-texniki inkişaf, kimyalaşdırmanın kənd təsərrüfatına tətbiqinin genişlənməsi, müasir heyvandarlıq komplekslərinin yaradılması, əhalinin ərzaq məhsulları ilə təminatı problemi, qlobal istiləşmə, qeyri-əlverişli iqlim şəraitləri aqrar təsərrüfatlarda bir çox problemlərin yaranması ilə xarakterizə olunur.
Bu problemlər arasında ətraf mühitin mühafizəsi əsas yerlərdən birini tutur. Ekosistemlərə antropogen təsirin nəticəsində yaranan qeyri-əlverişli iqlim şəraiti, su çatışmazlığı ərzaq qıtlığı probleminin yaranmasına gətirib çıxarmışdır. Bu problemlərin həllinə ekoloji tərbiyənin, təhsilin və mədəniyyətin artırılması və təkmilləşdirilməsi ilə nail olmaq olar.
Elmi konfransın əsas istiqamətləri:
- Ətraf mühitin qorunması müasir cəmiyyətin aktual problemi kimi;
- Aqrar təsərrüfatların inkişafının yeni istiqamətləri:
-müasir suvarma üsullarını tətbiq etməkləşirin suya qənaət,
-torpaq münbitliyinin artırılmasındayeni perspektiv üsul-vermikultura,
-ziyanverici həşaratların təsirinə davamlı bitki sortlarının yaradılması,
- Kimyalaşdırma və torpaq ekosisteminin mühafizəsi;
- Müasir təsərrüfat komplekslərinin formalaşdırdığı yeni ekoloji təsirlər (heyvandarlıq, aqrar-təsərrüfat kompleksləri və s.);
- Müasir aqrar təsərrüatların hidrosferə neqativ təsiri - dənizlərin, göllərin, çayların çirklənməsində rolu;
- Ekoloji təmiz qida məhsullarının alınmasında yabanı bitkilərdən istifadə;
- Ərzaq təhlükəsizliyi probleminin həllində aqrar təsərrüfatların aparıcı rolu;
- Ekoloji tərbiyə, təhsil və mədəniyyətin təkmilləşdirilməsi işində müasir üsullar;
Qərbi Kaspi Universitetinin keçirəcəyi bu konfransda insanların təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi, əlverişli mühitin yaradılması, ətraf mühitin komponentlərinə mənfi təsir riskini azaltmağa yönəlmiş unikal texnologiyaların inkişafı yollarının müasir üsullarla həlli yollarının müzakirə edilməsi və ekoloji problemlərin aradan qaldırılması üçün tədbirlər planının təklif edilməsi nəzərdə tutulmuşdur. Respublikamızın görkəmli alimlərinin bu mövzunu birgə müzakirə etməsi təqdirəlayiqdir.
Konfrans üçün qəbul olunan məqalələrə tələbatlar:
- Konfransın dili: Azərbaycan, rus, ingilis
- İştirak forması: məruzə, qiyabi iştirak (yalnız tezis çapı ilə)
- Məqalənin yazılış tələbatı: A4 formatlı kağızda (hər tərəfdən 2,0 sm) Times New Roman şrifti, 14 ölçü (keql), 1,0 interval, 2-4 səhifə həcmində.
- Məqalənin adı: böyük hərflərlə ortada yazılmalı.
- Müəllifina dı, atasının adı və soyadı, elmi dərəcəsi (varsa), işlədiyi və ya oxuduğu yer göstərilməli, əlaqə telefonu, emaili qeyd olunmalıdır.
- Məqalənin mətni: giriş hissə, metodika, alınmış nəticələr və müzakirə, açar sözlər (5-8-dən artıq olmamaq şərtilə), qrafik təsvirlər, cədvəllər Mikrosoft Word proqramında işlənməli və mətnin arasında verilməli, ədəbiyyat siyahısı 5-12 istinad olmaqla, orijinal dildə verilməlidir.
- Xülasələr məqalənin dilindən əlavə 2 dildə tərtib olunmalı, məqalənin adı, açar sözləri daxil olmaqla 200-300 simvoldan artıq olmamalıdır.
- Məqalələr və müəllif haqqında məlumat anketi bu emaildə (conference_2020@wcu.edu.az ) qəbul olunur.
- Məruzə etmək istəyənlər əlavə olaraq, öz məruzəsinin slaydını konfransdan ən azı iki həftə əvvəl təqdim etməli, məruzə -6-10 dəqiqə müddətində nəzərdə tutulmalıdır.
- Konfrans üçün heç bir ödəniş tələb olunmur, konfransın sonunda məqalələr toplusu və sertifikat veriləcək.
- Məqalələr və ya konfrans barədə məlumat almaq üçün mail ünvanlarla (conference_2020@wcu.edu.az; science@wcu.edu.az) və bu nömrələrlə əlaqə yarada bilərsiniz-+994506448876, +994556963847.
- Məqalələrin son qəbul tarixi: 5 dekabr 2020-ci il, saat 18.00.