Kanadanın Georgian Kolleci tərəfindən təşkil olunan virtual layihədə iştiraka tələsin
Qərbi Kaspi Universitetinin əməkdaşlıq etdiyi Kanadanın Georgian Kolleci tərəfindən 2021-ci ilin Noyabr və Dekabr aylarında YUNESKO 2030-un gündəliyində olan Beynəlxalq Millətlər Təşkilatının Davamlı İnkişafın Məqsədlərinə həsr edilən Dəyişənlər (Changemaker) virtual layihəsi təşkil olunur.
Davamlı İnkişaf Məqsədlərinin bir hissəsi olan Dəyişənlər Çağırışı #Bugünüdəyiş virtual layihədə tələbələr, fakültə və ictimaiyyət üzvləri iştirak edə bilər.
#Bugünüdəyiş layihəsi tərtibatına görə digər çağırışlardan fərqlənir.
İnnovasiya komandaları #Bugünüdəyiş icma şəbəkəsi daxilində dünyanın hər yerindən olan iştirakçılarla əməkdaşlıq qura, xüsusi təlim kurslarına qatıla və interkativ seminarlarda iştirak etmək imkanı qazanır.
BMT-nin Dayanıqlı İnkişaf üzrə 10-cu məqəsədi – Bərabərsizliyin azaldılması istiqamətində fikirlərin araşdırılması üçün digər ali təhsil müəssisələri ilə birlikdə tədbirə qoşulub, tədbirdə bərabərsizliyin azaldılmasına yerli səviyyədə necə töhfə vermək olar sualına cavab axtarılacaq.
Tədbirin gündəliyi:
29 oktyabr, 2021: Tərəfdaş müəssisələri tərəfindən Çağırışa qoşulan bütün iştirakçıların qeydiyyatı üçün son tarix.
4 noyabr, 2021: Layihənin başlanması və Çağırışa ümumi baxış
8-12 noyabr, 2021: Bütün iştirakçılar virtual dəyişənlər konfransına qeydiyyatdan keçməyə dəvət olunur. Tələbələr də öz innovasiya komandaları və mentorları ilə görüşəcəklər.
15-19 noyabr, 2021: Birinci həftə - Platfroma ilə tanışlıq və dəyişənlər istiqamətinin seçilməsi.
İkinci həftə - Komandanın və çağırışın seçilməsi
22 noyabr – 3 dekabr, 2021: #Bugünüdəyiş çağırışının başlanması
6-10 dekabr, 2021: #Bugünüdəyiş çağırışının təqdimatı
11-17 dekabr, 2021: Təqdimatların qiymətləndirilməsi və qeyd edilməsi
Sonda tələbələr Georgian Kollecinin Dəyişənlər mikro sertifikatı üçün müraciət edə bilərlər.
Tədbirdə iştirak üçün son qeydiyyatı tarixi:
25 oktyabr, 2021
Qeydiyyat üçün administration_iro@wcu.edu.az email ünvanına adınızı, soyadınızı və əlaqə detallarınızı yazıb, göndərə bilərsiniz.