Tələbələrimiz Virtual Tələbə Uğur Forumuna qatılıb
Qərbi Kaspi Universiteti tələbələri 18 sentyabr 2020-ci il tarixdə Times Higher Education (THE) tərəfindən təşkil edilən "2020-ci il və önümüzdəki illər üçün Universitet təcrübəsini yenidən kəşf etmək" adlı Virtual Tələbə Uğur Forumunda iştirak etdilər.
Tədbir iki virtual mərhələdən ibarət idi. Bir günlük forumda aşağıdakılar təhlil edildi: Covid-19 mühitində tələbələrin təcrübələri necə dəyişdi və bu qısa və uzun müddətdə necə davam edəcək?
Universitetlərin yeni situasiyaya uyğunlaşması, həmçinin tələbələrin öyrənməsi, məlumat mübadiləsi və universitet icmasının fəal üzvü olması barədə müzakirələr aparıldı. Eyni zamanda forumun bir hissəsi kimi “Onlayn mühitə keçiddə hansı irəliləyiş əldə edildi və bunun uzunmüddətli universitet strategiyası üçün təsiri nə olacaq?” sualı oldu.